Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

«İsmayıllı» məhkəməsində ittihamı inkar edən video kadrlar nümayiş etdirilib


Azerbaijan - protest in Ismayilli, 25Jan2013
Azerbaijan - protest in Ismayilli, 25Jan2013
-
Fevralın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadislərinə görə ittiham olunanların məhkəməsində jurnalist İdrak Abbasov ifadə verib. O, məhkəməyə İsmayıllı hadisələrinin çəkildiyi diski təqdim edib.

AzadıqRadiosunun məhkəmə prosesini izləyən əməkdaşı xəbər verir ki, həmin diskdə REAL-ın lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun görüntüləri olub.

Həmin görüntülərdən İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllıda olduğu tarixin ittiham tərəfinin iddia etdiyi tarixlə üst-üstə düşmədiyi bəlli olub. İttihamçılar bildirirlər ki, həmin hadisələr zamanı İ.Məmmədov və T.Yaqublu ətrafında olan şəxsləri iğtişaşa səsləyib. İdrak Abbasovun təqdim etdiyi kadrlardan isə görünüb ki, təqsirləndirilən şəxslərin ətrafında kimsə yoxdur.

Müdafiə tərəfinin təkidlərindən sonra hakim bu diski sübutlar siyahısına aid edib.

Prosesdə böyrək xəstəsi olduğuna görə ordu sıralarından tərxis olunduğunu deyən və zaminə verilməsini istəyən təqsirləndirilən şəxs Mirkazım Abdullayevin vəsatəti qəbul edilməyib.

İsmayıllı hadisələri 2013-cü il yanvarın 23-də baş verib. “Çıraq” otelinin iki işçisi yerli sakinləri təhqir edəndən sonra hadisələr qızışıb. Otel yandırılıb. İğtişaşlar yanvarın 24-də daxili qoşunların İsmayıllıya gəlməsindən sonra yatırılıb. Bundan sonra 18 nəfər həbs olunub.

Onlar kütləvi iğtişaşların təşkili və iştirakında, hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar. Müdafiə tərəfi ittihamları qəbul etmir.

İsmayıllı hadisələri ilə bağlı məhkəmə 2013-cü il noyabrın 4-də başlayıb.

XS
SM
MD
LG