Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:29

«Müxalifətçi olmaq qəhrəmanlıqdır. Amma bu qəhrəmanlar bir-biri ilə yola getmirlər»


Foto: Ar
Foto: Ar
-
«SOCAR-IN YANACAQ OYUNU FAŞ OLDU»

«Bizim yol» qəzeti 14 fevral tarixli sayında «SOCAR-ın yanacaq oyunu faş oldu» adlı yazı dərc edib.

Müəllif araşdırmasında ötən ilin dekabrında benzinin bahalaşmasından sonra Dövlət Neft Şirkətinin nə qədər gəlir götürdüyünü araşdırıb:

«O zaman bu məsələdə diqqət çəkən məqamlardan biri aksiz üzrə vergi dərəcələrinin artırılması ilə bağlı Nazirlər Kabinetinin hər hansı bir qərarının olmaması idi. Çünki Tarif Şurası ancaq bundan sonra həmin sənədə əsasən, yanacağın qiymətini artıra bilərdi.

Yanacağa tətbiq olunan aksiz dərəcələrinin artırılmasının üzərindən 2 ay keçməmiş, Nazirlər Kabineti 35 saylı qərarı ilə vergi dərəcələrini 2-3 dəfə azaldılması haqqında qərar verdi. Qərara əsasən, aksiz vergi dərəcəsi Aİ-95 avtomobil benzini üzrə 2.5 dəfə (64 faizə), Aİ-92 və Aİ-80 avtomobil benzinləri üzrə 2 dəfə (65-66 faizə), dizel yanacağı üzrə 3.2 dəfə (18 faizə) endirildi. Lakin aksiz dərəcəsinə görə bahalaşan benzinin qiyməti dəyişməz olaraq qalır».

«...BU QƏHRƏMANLAR DA BİR-BİRLƏRİ İLƏ YOLA GETMİRLƏR»

Mediaforum saytı Milli Şuranın fəxri sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovdan müsahibə götürüb:

Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
«Bu yaxınlarda gəlməliyəm. Vətənim üçün çox darıxıram» sərlövhəli müsahibədə Rüstəm İbrahimbəyov Milli Şuradan istefalar haqda danışıb:

«Milli Şuranın yaradılmasında Eldar Namazovun zəhməti çox böyük oldu, xeyli iş gördü. Özü ilə əlaqəm yoxdur. Milli Şuradan istefa verməsini mətbuatdan oxudum və çox təəccübləndim. Güman ki, Cəmil Həsənli ilə yola getməyiblər. Bunlar şəxsi məsələlərdir. Bədbəxtlik ondadır ki, bizim müxalifət 20 ildir belə işlərlə məşğuldur. Birləşirlər, ayrılırlar, bir-birini güdürlər, didirlər. Ona görə də Eldar Namazovun istefasını bir tərəfdən təəccüblə qarşılasam da, digər tərəfdən düşünürəm ki, belə şeylərə hazır olmaq lazımdır. Düzdür, Azərbaycanda müxalifətçi olmaq qəhrəmanlıqdır. Kim bu işlə məşğul olursa, onu qəhrəman sayıram. Amma bu qəhrəmanlar bir-biri ilə yola getmirlər».

«AZƏRBAYCANDA SAXTA ŞİRKƏTLƏR YARADILIR»

«Azadlıq» qəzeti «Azərbaycanda saxta şirkətlər yaradılır» adlı araşdırma dərc edib. «Turan»ın məlumatına əsaslanan qəzet yazır ki, təkcə 2013-cü il noyabrın 18-dən bu il yanvarın 9-dək olan dövr ərzində ölkədə 1502 şirkət yaradılıb. Onların təqribən yarısı, yəni 700-ü 20 nəfərin «məhsuludur».
Foto: Arxiv
Foto: Arxiv

«Bir qayda olaraq bu şirkətlərin nizamnamə kapitalı 5-10 manat arasında dəyişir. Kommersiya hüquqi şəxslərin reyestrinə daxil edilən bu kasad məlumatlar təsdiq edir ki, gün ərzində bu şəxslərin adına ölkənin müxtəlif regionlarında bir neçə şirkət yaradılır. Yəni eyni şəxs, məsələn, Əbülfəz Məmmədov həm Bakıda, həm də respublikanın daha üç bölgəsində (Zaqatala, Sabirabad və Gədəbəy) saysız-hesabsız şirkətlər yaradır. Hesablamalara görə, təkcə bu şəxs yuxarıda qeyd olunan tarixlərdə 63 şirkəti dövlət qeydiyyatına aldırmağa müvəffəq olub. Başqa sözlə desək, yuxarıda qeyd olunan tarixlərdəki 34 iş gün ərzində həmin şəxs hər gün orta hesabla 2 şirkət «istehsal edib».

İLHAM ƏLİYEV: «BİZİ BİR XALQ KİMİ QORUYAN MƏDƏNİYYƏTİMİZDİR»

«Azərbaycan» qəzeti Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışından yazır.
Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı
Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı
Açılışda iştirak edən prezident İlham Əliyev bildirib ki, qloballaşma şəraitində sərhədlər silinir:

«O cümlədən mədəniyyət, incəsənət sahəsində bir eyniləşmə prosesi gedir. Əlbəttə, biz bilirik ki, bu proses kimin xeyirinədir. Ancaq özünə hörmət edən hər bir dövlət və xalq öz milli xüsusiyyətlərini qorumalıdır. Qorumasa onda müəyyən müddətdən sonra bir xalq kimi yaşaya da bilməyəcəkdir. Biz ən çətin illərdə öz milli musiqimizi, adətlərimizi, həyat tərzimizi qoruya bilmişik. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq. Başqa dövlətlərin təsiri altında olmuşuq, müstəqil olmamışıq. Mən dəfələrlə bunu demişəm, bir daha demək istəyirəm, tam əminəm ki, bizi bir xalq kimi qoruyan mədəniyyətimiz olubdur. O da əlimizdən alınsaydı, bu gün heç müstəqilliyimiz də olmayacaqdı».

«XALQSIZ BU DÜNYADA UCALMAQ OLMAZ»

Alim Qasımov
Alim Qasımov
«Alim Qasımovdan prezidentə xitab: «Xalqsız bu dünyada ucalmaq olmaz» sərlövhəli məqalədə «Yeni Musavat» qəzeti xanəndənin Milli Konservatoriyasının açılışında qəfildən təsnifi saxladıb muğam oxuduğuna diqqət çəkir.

Prezident və xanımının da qatıldığı mərasimdə xanəndə Təyyar Bayramov oxumağa başladığı an Alim Qasımov qəfildən ayağa duraraq bir ağız oxuyub:

«Şair, sən də durma yaşayıb-yarat,
Şeirlə səslənsin bu gözəl həyat.
Xalqın nəfəsinə nəfəsini qat,
Xalqsız bu dünyada ucalmaq olmaz».

«MÖHTƏŞƏM MAHİYYƏT – «MÖHTƏŞƏM YÜZYIL»

Modern.az deputat Fazil Mustafanın «Möhtəşəm mahiyyət – «Möhtəşəm yüzyıl» haqda» məqaləsini dərc edib. Müəllif yazır:

«Kövrələn, üzülən insanları görürəm. Çoxlarının aylardır maraqla izlədiyi Türkiyə serialı olan «Möhtəşəm yüzyıl»ın möhtəşəm ata-oğul dialoqunun həyəcanının insanlar üzərində təsiri danılmazdır. Süleymana sevgisi olanların belə qəlbində bir buruqluq yaranmış. Günahsız hesab etdikləri oğulun hakimiyyəti qəsb etməsindən şübhələnən ata tərəfindən öldürdülməsi, əlbəttə, acı bir səhnədir... Dövlət idarəçiliyinə daha hazırlıqlı varisin yerinə bir içki düşkünü varisin gəlişi Osmanlının «Möhtəşəm yüzyıl»ını üzü qüruba doğru götürməyə başlayacaqdı».
XS
SM
MD
LG