Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Üzdə olan Rəsulzadə araşdırıcılarına iki sual (2-ci hissə)


M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə
-
AzadlıqRadiosunun «İz» proqramı 130 illik yubiley öncəsində M.Ə.Rəsulzadə irsinin araşdırıcılarına və onunla bu və digər dərəcədə bağlı şəxslərə iki sual yönəldib:

1. Sizcə, sonrakı dönəmin də təcrübəsi gözə alınsa, «Rəsulzadə kimdir» sualının ən qısa cavabı necə olardı?

2. Rəsulzadənin bugünün Azərbaycanına baxıb deyə biləcəyi ən xoş və ən acı sözlər nə olardı?

«NƏ ƏCAİB SÜRÜ YAHU BUNLAR!»

Cəmil Həsənli - Azərbaycan

1.
Rəsulzadə örnəkdir: bir jurnalist kimi qələmin müqəddəs vəzifəsini millətə xidmətdə görməyin, bir ideoloq kimi milli Azərbaycan ideyasını irəli sürməyin, yoxdan bir bayraq ucaldıb Azərbaycan Xalq Cümhuriyyəti adlı dövləti yaratmağın, mühacirətdə öz xalqına və ideallarına xidmət etməyin canlı örnəyi.

BİZİ HƏP ALDADIYOR, ALDADIYOR...

2.
Rəsulzadənin bugünün Azərbaycanına baxıb deyə biləcəyi ən xoş və ən acı sözlər nə olardı?
Cəmil Həsənli
Cəmil Həsənli

Ən xoş söz: -- Bir kərə yüksələn bayraq bir daha enməz!
Ən acı söz: -- Nə əcaib sürü, yahu, bunlar!
Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər meymunlar.
Cühəla elm, fəzilət satıyor.
Bizi həp aldadıyor, aldadıyor.
Kəndi əxlaqi sönükkən həpsi
Yeltənir verməyə əxlaq dərsi.
Sadə minbərdə deyil, hər yerdə
Göz boyar həp bu qaranlıq pərdə.
Hankı bir sərxoşu söylətdim, inan
Bəhs edər, gördüm o, huşyarlıqdan.
Nerdə beş kölgə görür ördəklər
Başlayıb nitqə həmən saz köklər.
Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
Zövqə biganə səfillər bol-bol
Şerü sənətdə arar bir yeni yol.
Sadədil, hissə uyan abdallar,
Ramiz Abutalıbov
Ramiz Abutalıbov
Həp siyasi kəsilib at nallar.
Bir yığın kor qılavuzluq yaparaq
Göstərir zülməti aydın, parlaq.
Hər gülər üzdə ölüm, qan görürəm,
Pək yaxın dostları düşman görürəm.
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq...

Hüseyn Cavid

«İŞĞAL ALTINDAKI TORPAQLAR...»

Ramiz Abutalıbov - Azərbaycan-Rusiya

1.
Mətanətli vətənpərvər demokrat, böyük mütəfəkkir.

2. İstiqlaliyyətimizə alqış deyər, işğal altında qalmasına yol verdiyimiz torpaqlar üçün məzəmmət edərdi bizi.
Zaur Qasımov
Zaur Qasımov

«94 İLLİK AYRILIQDAN SONRA...»

Zaur Qasımov-Alman Şərqşünaslıq İnstitutu İstanbul-Türkiyə

1. «Əbədi mühacir» Məhəmməd Əmin Rəsulzadə XX əsrdə Yaxın Şərqin tam təzadsız bir şəkildə özündə Şərqlə Qərbi birləşdirən önəmli mütəfəkkirlərindən və Azərbaycan Cümhuriyyətinin banilərindən biri, məşhur Azərbaycanşünas idi.

2. Yəqin ki, Azərbaycan Respublikasının bir dövlət olaraq mövcudluğu onu sevindirərdi. 1920-ci ildən Azərbaycandan ayrıldığını nəzərə alsaq, onun kitab dükanlarını, ali məktəblərini gəzib, televiziyaya tamaşa edib düşündürücü və hər zaman olduğu kimi, maraqlı bir oçerk yazardı.

Sorğu davam edəcək
XS
SM
MD
LG