Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:15

Məhəmməd Əmin Rəsulzadə-yad ellərdə…


-
«Kitabda verilən faktlar Rəsulzadə haqqında bir çox mifləri –onun nasistlərlə əməkdaşlığını, hətta Hitler-lə heç vaxt baş tutmayan və gerçəkləşməsi mümkün olmayan görüşünü puça çıxarır».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Cümhuriyyət dövrünün tanınmış araşdırıcılarından tarix elmləri doktoru Aydın Balayev söylədi.

Onun sözlərinə görə, yenicə çapdan çıxan kitabda bütün sənədlər Rəsulzadənin bu yolda prinsipial mövqe tutduğunu göstərir:

«Rəsulzadənin prinsipial mövqeyi—ancaq Azərbaycanın müstəqilliyinin Almaniya tərəfindən tanınması şərti olduğundan bu əməkdaşlıq başlamamış dayandı».

Rusiyanın «Maska» nəşriyyatında çap olunmuş «Мамед Эмин Расулзаде. Период эмиграции (1922-1943). На чужих берегах. (Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü (1922-1943) Yad ellərdə» kitabı Məhəmməd Əmin bəyin 130 illik yubileyinə həsr olunub.

Kitabın elmi redaktoru Paris Ali İctimai Tədqiqatlar Məktəbinin doktoru George Mamulia, rəyçisi İzmir Ege Universitetinin professoru Ali Yavuz Akpınar-dır.
İlk dəfə açıqlanan tarixi sənədlər əsasında yazılan 264 səhifəlik kitab Rəsulzadənin mühacirət həyatının müxtəlif dövrlərini—Azərbaycan siyasi mühacirətinin ilk strukturlarını yaratmasından tutmuş, Qafqaz mühacirətinin liderlərindən biri kimi «Prometey hərəkatı»ndakı fəaliyyətinədək sürən böyük bir dövrü əhatə edir.

Kitabda M.Ə.Rəsulzadənin mühacirət dövründə Azərbaycan və Qafqaz mühacirətinin ayrı-ayrı təmsilçiləri ilə olan mürəkkəb münasibətlərinə, eləcə də, Sovet imperiyasının basqısı altında əzilən xalqların birliyinin möhkəmləndirilməsinə, həmin xalqların bolşevik rejiminə qarşı yorulmaz mübarizəsinə yönəlik fəaliyyətinə xüsusi diqqət ayrılıb.

Azərbaycan mühacirətinin daxilindəki fikir ayrılıqları və problemlər, Rəsulzadənin mühacirəti birləşdirmək yolunda mübarizəsi də kitabda ətraflı analiz edilib.

Bu mənada kitab təkcə Rəsulzadədən deyil, həm də Azərbaycan mühacirətinin daxilində baş verən müxtəlif siyasi cərəyanlardan və onların mürəkkəb münasibətlərindən də söhbət açır.
XS
SM
MD
LG