Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:24

Kiyevdə etirazçılar kənd təsərüfatı nazirliyinin binasını tutub


Ukrayna haqqında maraqlı faktlar

-
Ukrayna maraqlı faktlarda

1. Ukrayna, əhalisinin sayına görə dünyanın 28-ci ölkəsidir. Burada hazırda təqribən 45 milyona yaxın adamın yaşadığı ehtimal olunur (2001-ci ilin rəsmi siyahıyalınmasına əsasən əhali 48,1 milyon idi). Ukrayna əhalisinin 77,8 faizi ukraynalı, 17,3 faizi rus, 4,9 faizi isə digər millətlərdir.

2. Ümumi daxili məhsulun real göstəricisinə (264,4 milyard manat və ya 337,360 USD) görə Ukrayna iqtisadiyyatı dünyanın 37-ci ölkəsidir. Adambaşına düşən ÜDM-ə (5,8 manat və ya 7,4 USD) görə isə dünyada 106-cə yerdədir.

3. Keçmiş sovet republikalarından fərqli olaraq, Ukrayna BMT yaranan gündən (1945-46) onun üzvüdür. (Sovet İttifaqı bu təşkilatda təmsilçiliyini artırmaq üçün Belorus, Rusiya Federasiyası və Ukraynanın da ayrıca BMT üzvlüyünü tələb etmişdi)

4. Ukraynanın ən yüksək nöqtəsi Karpat silsiləsindəki 2061 metr hündürlüyü olan Hoverla dağıdır. Ən böyük çayı – Dnepr (2200 km uzunluğu olan bu çayın yarısı Ukrayna ərazisindən axır) , ən böyük təbii gölü Odessa vilayətində yerləşən Yalpuq gölüdür.

5. Əhalisinin sayına görə Avropanın 7-ci böyük şəhəri sayılan Ukrayna paytaxtı Kiyevin 2,8 milyon sakini var. Qədim səlnaməyə əsasən şəhərin adı onun əsasını qoyan 3 qardaşdan ən böyüyü Kiy-in adı ilə bağlıdır.

6. Ukraynanın ən qədim universiteti əsası 1661-ci ildə qoyulan Lvov Universitetidir.

7. Ukrayna silahlı qüvvələri, sayına görə dünyanın 36-cı ordusudur. 159 min əsgər və zabiti olan Ukrayna ordusunun, 1 milyona yaxın ehtiyyatda olan canlı qüvvəsi var. Ordu hərbi mükəlləfiyyət əsasında təşkil olunur, çağırış müddəti quru qoşunlarında 12 ay, hərbi dəniz qüvvələrində 18 aydır.

8. Ukraynanın ən böyük şirkəti “Naftoqaz Ukrainı”dır. Digər yerləri də enerji, habelə metaləritmə zavodları tutur. Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Ölkədə avtomobil (Zaoporoje avtomovil zavodur) və təyyarə (“Antonov” və “Tupolev” təyyarələri) istehsal olunur. 2003-cü ilədək istehsal olunan An-124 “Ruslan” təyyarəsi dünyanın ən böyük yük təyyarəsi olub.
Müxalifət liderləri ilə prezident Viktor Yanukovychin danışıqları nəticəsiz qurtarandan sonra hökumət əleyhinə eturazçılar öz düşərgələrini genişləndirir.

Kiyevdə Müstəqillik Meydanında etirazçılar yeni barrikadalar qurub. Onlar Kənd Təsərrüfatı Nazirliyinin binasını da ələ keçirib. Ancaq hələ ciddi qarşıdurma yoxdur.

Cümə axşamı müxalifət liderləri ilə prezidentin 4 saatlıq danışıqları oldu. Prezidentin təklıif etdiyi güzəştlər müxalifət liderlərini qane etməyib.

Qərbi Ukraynanın bir neçə şəhərində etirazçılar yerli hakimiyyət binalarını tutublar.
Daxili İşlər Nazirliyi rəsmən bəyan edib ki, çərşənbə günü 2 etirazçı öldürülüb. Ancaq bunun məsuliyyətini polis öz üzərinə götürmür.

Ukraynada tərəflər arasında dialoqa kömək etmək üçün Avropa Birliyinin Genişlənmə Komissarı Stefan Fuele cümə gümnü Kiyevə gəlir.
XS
SM
MD
LG