Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:44

Bazar günü aksiyasında iştirak edən gənclər cəzalandırılıb


Bakı, Fəvvarələr meydanı, aksiya
Bakı, Fəvvarələr meydanı, aksiya
-
Qarabağ müharibəsi əlili Zaur Həsənovun ölümünə etiraz olaraq dekabrın 29-da keçirilən aksiyanın digər 7 iştirakçısı inzibati cəzaya məruz qalıb.

Dekabrın 30-da Müsavat fəalları Orxan Eyyubzadə 18 sutka, Cavid Hacıbəyli 16 sutka, Tural Sadıqlı 17 sutka inzibati həbs alıblar.

AXCP üzvləri Orxan Carçı və Türkel Əlisoy hər biri 15 sutka həbs cəzası alıblar.

Onlar İnzibati Xətalar Məcəlləsinin 298.2-ci maddəsi (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ilə təqsirli bilinirlər.

AXCP fəalları Bəyim Həsənli və Kəmalə Bənənyarlı 400 və 500 manat cərimə olunublar.

Bəyim Həsənli bildirib ki, müttəhimlər dövlət vəkilləri ilə təmin olunublar, lakin onlar həmin vəkillərin xidmətlərindən imtina ediblər.

Ötən gün aksiya iştirakçılarından biri Samir Poladov 15 sutka həbs edilib, 14 nəfər cərimələnib.
***
Bəyim Həsənli 400 manat, Kəmalə Bənəniyarlı 500 manat cərimə, Orxan Eyyubzadə 18 sutkalıq həbslə yanaşı, Səbail polis idarəsində 350 manat da cərimə olunub. Orxan Carçıyev,Tural Sadıqlı və Cavid Hacıbəyliyə 16 sutka həbs tətbiq edilib.

***
Dekabrın 29-da Bakının Fəvvarələr meydanında tutulan gənc fəal Samir Poladov Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs alıb.
Türkel Əlisoy da 15 sutka azadlıqdan məhrum olunub.

Aksiya Qarabağ döyüşçüsü Zaur Həsənovun özünü öldürməsinə səbəb olanlara etiraz olaraq keçirilmişdi.

Saxlananlara görə AXCP-nin 8, Müsavat Partiyasının 2 üzvü nəfəri 300 manat cərimələnib. Qarabağ döyüşçülərindən Cavanşir Osmanlı (350 manat), İldırım Təhməzov (300 manat), bitərəflər Novruz Novruzov (300 manat), Məcid Vahid də (500 manat) cərimələnənlər arasındadır.

Dekabrın 30-da isə daha bir neçə AXCP və Müsavat fəalı Səbayel rayon polis idarəsinə çağırılıb.
XS
SM
MD
LG