Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:19

Ən məşhur özünüyandırma olayları


Foto: Arxiv
Foto: Arxiv
-
1969-cu il yanvarın 16-da tələbə Yan Palax sovet qoşunlarının Çexoslovakiyaya təcavüzünə etiraz olaraq Praqanın Vaslav meydanında özünü yandırır. Bu özünəqəsd dünyaya səs salır. Aprel ayınadək Çexoslovakiyada daha 26 adam özünü yandırmaya cəhd edir. Onlardan 7 nəfəri ölür.

Tibetdə Çin hakimiyyətinin hərəkətlərinə qarşı etiraz kütləvi özünüyandırma 2009-cu ildə başlayır. Sonrakı üç il boyunca, azı, 50 tibetli özünü yandırır. [Video] Çin hökuməti etirazın bu formasını terror sayır və cavab kimi, vaxtaşırı Tibeti əcnəbilərin üzünə bağlayır. Tibet sonuncu dəfə 2012-ci il oktyabrın 1-də paytaxt Lxasada iki adamın özünü yandırmasından sonra əcnəbilərə qapadılıb.

Özünüyandırma etiraz forması kimi
Txit Kuanq Dık

1963-cü ildə Vyetnam rahibi Txit Kuanq Dık ölkəsində buddistlərin sıxışdırılmasına etiraz olaraq üstünə benzin tökərək özünü yandırır. Onun yanmış cəsədinin və qalıqların külünü qəbiristanlıqda basdırırlar. Belə bir söhbət dillərdə gəzir ki, kremasiya zamanı Dıkın ürəyi zədələnməyib. Ürəyi müqəddəs sayıb budda məbədinə yerləşdirsələr də, sonradan Vyetnam hərbçiləri onu müsadirə edirlər. Video
Rışard Sivets

1968-ci il sentyabrın 8-də polyak mühasibi Rışard Sivets sovet qoşunlarının Çexoslovakiyaya təcavüzünə etiraz olaraq 100 minlik Varşava stadionda özünü yandırır. O, 4 gün sonra xəstəxanada keçinir. Açıqlanmadığından onun etirazı diqqət çəkmir və yalnız 1969-cu ilin aprelində raioda bu barədə məlumat səslənir. Video
Yan Palax

1969-cu il yanvarın 19-da çexiyalı tələbə Yan Palax SSRİ-nin Çexoslovakiyaya təcavüzünə etiraz olaraq Praqada, Vaslav meydanında özünü benzinlə yandırır. Onun dəfni nümayişlərə çevrilir. SSRİ həmin ölkəni yalnız 20 ildən sonra tərk edir.

1969-cu ilin aprelinədək daha 26 adam Palaxın etiraz formasını təkrarlayır və onlardan 7 nəfəri ölür.

«Kasabian» qrupu Yan Palaxa «Club Foot» klipini həsr edib. [Video]
Romas Kalanta

Litvanın milli qəhrəmanı, 19 yaşlı tələbə Romas Kalanta 1972-ci ildə Kaunasda, musiqi teatrının yanında özünü yandırır. O, sovet hakimiyyətinə etiraz səbəbindən özünə qəsd edir və bloknotunda belə yazır: «Mənim ölümündə yalnız quruluş günahkardır». Onun son sözləri «Litvaya azadlıq!» olur. Kalantanın dəfninə 3 min adam toplaşır və onlardan 402 nəfəri həbs edilir. Romasın özünü isə hakimiyyət psixi xəstə elan edir.
Alfredo Ormando

İtaliya yazıçısı Alfredo Ormando homoseksuallara qarşı dini dözümsüzlüklə mübarizə rəmzinə çevrilib. O, Katolik Kilsəsinin cinsi azlıqlar siyasətinə etiraz olaraq 1998-ci ildə Romada - Müqəddəs Pyotr Meydanında özünü yandırır. İki polis alovu söndürəndən sonra o, ağır durumda xəstəxanaya çatdırılır, amma 11 gündən sonra keçinir.

Vatikan Alfredonun özünəqəsdini onun ailə problemləri ilə əlaqələndirməyə çalışsa da, sonradan mediada Ormandonun məktubu yayılır:

«Ölmək istəyirəm, çünki ömrümboyu mənə ikinci növ adam kimi yanaşmalarını arzulamıram. Mənim ölümüm kilsəyə etirazdır. Kilsə homoseksuallığı, insan təbiətini şeytan əməli sayır, amma homoseksuallar da kilsənin övladlarıdır».
Pekində kütləvi özünüyandırma

2001-ci ilin yanvarında fəaliyyəti yasaqlanmış «Falunqun» sektasına mənsub dörd qadın və bir kişi Pekinin mərkəzi «Tyananmen» meydanında özlərini benzinlə yandırırlar. Onlardan ikisi ölür, üçü müxtəlif dərəcəli yanıq xəsarətləri alır. 2009-cu ildə həmin sektanın daha üç üzvü elə həmin meydanda özünü yandırır.

«Falunqun»un özü insidentlərə aidiyyətini inkar edir, hadisənin sektaya qarşı repressiyalara haqq qazandırmaq üçün səhnələşdirildiyini bildirir. [Video]
Malakay Riçer

ABŞ və onun müttəfiqlərinin İraqa müdaxiləsinə etiraz edən amerikalı musiqiçi və hüquq müdafiəçisi Malakay Riçer 2006-cı ildə Çikaqonun mərkəzində - yolötənlərin gözləri önündəcə özünü yandırır. O gün öz saytında o, belə yazb: «... Vəhşi müharibənizə cibimdən pul ödəməkdənsə, sizin dünyanızda yaşamamağı üstün tuturam».

O, sözügedən yazıda müdafiə naziri Donald Ramsfeldi öldürmədiyinə görə özünü qınayır.
Məhəmməd Buazizi

Tunisdə 2011-ci ildə tərəvəz satıcısı Məhəmməd Buazizinin özünü yandırması ölkədə inqilabla nəticələnən kütləvi iğtişaşlara yol açır.

Sidi-Buzid şəhər bazarında meriya işçisi alış-verişə rəsmi icazəsi olmayan Məhəmməd Buazizinin elektron tərəzisini müsadirə edir və ona sillə vuraraq tərəvəzi yerə dağıdır.

Buazizi yardım üçün meriyaya üz tutsa da, onu eşidən olmur. 2010-cu il dekabrın 17-də Məhəmməd Buazizi meriyanın qarşısındakı meydanda üstünə benzin tökərək özünü yandırır və 2011-ci il yanvarın 4-də keçinir. Bütün bu müddətdə verdiyi əziyyətlərə görə anasından üzr diləyir.

Tunisin mərkəzi meydanı indi inqilab qəhrəmanı Məhəmməd Buazizinin adını daşıyır.

XS
SM
MD
LG