Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:33

Mikhail Khodorkovsky mətbuat konfransı keçirib [Video]


Khodorkovsky Rusiyada hələ çox sayda siyasi məhbuslar qaldığını deyir
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Khodorkovsky Rusiyada hələ çox sayda siyasi məhbuslar qaldığını deyir

-
“Mən siyasətlə məşğul olmaq fikrində deyiləm və ictimai fəaliyyətlə məşğul olacağam”.

Bunu dekabrın 22-də Berlində keçirdiyi mətbuat konfransında Rusiyanın keçmiş neft maqnatı Mikhail Khodorkovsky deyib.

M. Khodorkovsky Rusiyadakı siyasi məhbusların hüquqları uğrunda mübarizə aparacağını da bildirib.

“Məni siyasi məhbus qalmayıb anlayışının rəmzi saymaq lazım deyil. Mən siyasi məhbusların qalmaması üçün əlimdən gələn hər şeyi edəcəyəm”.

O deyib ki, YUKOS-un fəaliyyətində krimalın olmasını heç vaxt qəbul etməyib. Hazırda Rusiyaya qayıtmaq haqqında düşünmədiyini də deyib.

Mikhail Khodorkovsky Ukraynadakı hadisələrə də toxunub. Bildirib ki, hadisələri başa düşmək üçün ona çox vaxt lazımdır. Həbsdə olab keçmiş baş nazir Yulya Timoshenkoya isə azadlıq arzulayıb.

O, bundan sonra bizneslə məşğul olmayacağını da bildirib: “Biznes məsələsi mənim üçün bağlanıb, aktivləruğrunda mübarizədə iştirak etməyəcəyəm”.

Soçidə keçiriləcək Olimpiya Oyunları ilə haqqında isə deyib ki, “bu idman bayramıdır və milyonlarla insanın bu idman bayramını korlamaq lazım deyil”.

Bundan əvvəl Rusiyanın The New Times jurnalına müsahibəsində də Khodorkovsky siyasətlə məşğul olmayacağını və YUKOS şirkətinə məxsus aktivləri qaytarmağa cəhd etməyəcəyini demişdi. O, bu haqda əfv ərizəsində də yazıb. Əfv ərizəsində o xaricə getməyə şərait yaradılmasını da istəyibmiş.

Dojd telekanalına müsahibəsində isə Khodorkovsky deyib ki, əfv olunmaq xəbərini televizordan eşidib.

Khodorkovsky Berlinə cümə günü azadlığa buraxılandan sonra gəlib. Dünən o burda valideynləri Marina və Boris Khodorkovskylərlə və oğlu Pavellə görüşüb. Berlinə onun həyat yoldaşı İnnanın da gələcəyi gözlənilir.

Şənbə günü Rusiya prezidenti Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Mikhail Khodorkovsky Rusiyaya qayıda bilər.

Keçmiş neft maqnatı dekabrın 20-də prezident Vladimir Putinin fərmanı ilə əfv edilib. Putin onu anasının ciddi xəstə olması və cəzasının 10 ilini çəkməsinə görə əfv edib.

Mikhail Khodorkovsky Berlinə gələndən sonra demişdi ki, əfv haqqında ərizə yazıb. Ancaq ittihamları qəbul etmir.
Khodorkovsky-dən Yanukovych-ə çağırış: Putindən nümunə götür və Tymoshenkonu azad et
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00


Khodorkovsky Rusiyada hələ çox sayda siyasi məhbuslar qaldığını deyir
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00
XS
SM
MD
LG