Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:25

Jurnalistin atası: «MTN-dən təhdid görən adam... dırnaqtutan da saxlamaz...» [Video]


Jurnalistin atası: “MTN-dən təhdid görən adam... dırnaqtutan da saxlamaz...”
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
-
«Pərviz dedi ki, Milli Təhlükəsizlik Nazirliyi seçki ərəfəsində məni qaralayıb. Məni həbs etmək istəyirlər».

İndi həbsdə olan «Bizim yol» qəzetinin əməkdaşı, moderator.az saytının direktoru Pərviz Həşimlinin atası Kamran Həşimov dekabrın 18-də keçirilən mətbuat konfransında belə deyib.

Pərviz Həşimlinin ailə üzvlərinin təşkil etdiyi konfransda Kamran Həşimov oğlunun heç bir gizli iş görmədiyini və şərlənərək tutulduğunu bildirib. Onun sözlərinə görə, MTN jurnalisti absurd ittihamlarla saxlayıb:

«Görüş zamanı baş prokurorun nümayəndəsinə – Rasim Hacıyevə dedim ki, əvvəlcədən MTN-dən təhdid görən adam evində silah bir yana, heç cibində dırnaqtutan da saxlamaz. Çünki Pərvizə həbs ediləcəyi deyilmişdi. Mən əminəm, prezident də bilir ki, silah məsələləri boş söhbətdir. Bu məsələdə mənafe toqquşması var. Pərvizi fəal və araşdırmaçı jurnalist olduğuna görə həbs ediblər».

Jurnalistin atası prezident administrasiyasının şöbə müdiri Əli Həsənovla 3 dəfə görüşə cəhd göstərdiyini də söyləyib:

«Əli Həsənov Pərvizi çox yaxşı tanıyır. Mən 3 dəfə Əli Həsənova müraciət yazdım ki, siz Pərvizi yaxşı tanıdığınız üçün məni qəbul edin, sizə deyəcəyim söz var. Əli Həsənov mənim kəlmələrimi prezidentə çatdıra bilərdi. Amma məni qəbul edən olmadı».

«MTN-NİN TƏCRİDXANASI QAPANMALIDIR»

Pərviz Həşimlinin siyasi fəaliyyətinə görə həbs edildiyini bildirən AXCP sədri Əli Kərimli MTN təcridxanasının bağlanmalı olduğunu deyib:

«Vətəndaş cəmiyyətinin ilk vəzifələrindən biri Azərbaycan hüquq sistemində qara ləkə sayılan MTN təcridxanasının qapanması olmalıdır. MTN təcridxanası siyasi cəza aparatı kimi istifadə edilir. Bu təcridxanada Pərvizdən əvvəl də müəyyən şəxslər girov saxlanıb. Ölkənin milli təhlükəsizliyinə cavabdeh qurum ölkə təhlükəsizliyini qorumalı, vətəndaşlarla savaş aparmamalıdır».

Əli Kərimli AXCP-yə təzyiqlərin onları öz yollarından döndərməyəcəyini də diqqətə yetirib.

Pərviz Həşimlini sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs ediblər. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldəetmə, saxlama) maddələri ilə ittiham olunur.

Pərviz Həşimli barədə ikiaylıq həbs-qətimkan tədbiri Səbail rayon Məhkəməsində seçilib.
XS
SM
MD
LG