Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:12

ABŞ Ukrayna xalqının yanında olduğunu bəyan edir


Arxiv foto: Ukraynada polis etiraz aksiyasını dağıtmağa cəhd edərkən
Arxiv foto: Ukraynada polis etiraz aksiyasını dağıtmağa cəhd edərkən
-
“Kiyevdə Maydanda dinc nümayhişləri Ukrayna hakimiyyətinin demokratik haqlara və insan ləyaqətinə hörmət əvəzinə, xüsusi təyinatlı polislə, gözyaşardıcı qazla, dəyənəklə qarşılamaq qərarından ABŞ ikrah bildirir. Belə reaksiya nə məqbuldur, nə də demokratiyaya yaraşır. “

Bu bəyanatı ABŞ Dövlət Katibi John Kerry verib.

Bəyanatda deyilir:

“ABŞ vitse-prezidenti Biden iki gün qabaq telefon danışığında prezident Yanukovichi demokratik prinsiplərə, o cümlədən toplaşma azadlığına hörmət etməyə çağırmışdı. Bu, ABŞ-ın Ukraynaya yanaşmasında fundamental prinsipdir. Bu, təkcə Amerika üçün universal dəyər deyil. Biz həftələrdir ki, Yanukovichi sülh, ədalət və Avropa gələcəyi istəyən öz xalqının səsini eşitməyə çağırırıq. Ancaq Ukrayna liderləri bu gecə başqa seçimi etdi.

Biz təmkinli olmağa çağırırıq. Ukrayna hakimiyyəti Ukrayna xalqının təhlükəsizliyinə görə məsuliyyət daşıyır.

ABŞ Ukrayna xalqının yanındadır. Onlar daha yaxşısına layiqdir.”
XS
SM
MD
LG