Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:23

Devid Kramer: Azərbaycandakı rejim şəxsi maraqlara xidmət edir


David Kramer
David Kramer
-
«Seçkilərin nəticələrinin qəbul edilməsi ilə bağlı tərəddüdlərdən sonra, görünür, beynəlxalq ictimaiyyət Əliyev rejimini qəbul etməmək ideyasından imtina edib», deyə Freedom House-un prezidenti David Kramer dünən Vaşinqtonda John Hopkins Universitetində çıxış edərkən bildirib.

«Bu həftə Azərbaycana gedən Amerika məmurlarından biri bildirib ki, seçkiləri unutmaq lazımdır, onlar geridə qaldı... Zənnimcə, bu, böyük səhvdir, çünki İlham Əliyev ədalətli və azad seçkilər keçiriləcəyi təqdirdə əldə edə biləcəyi legitimliyə sahib deyil», deyə o bildirib.

AZƏRBAYCAN DEMOKRATİK İSLAHATLARI MÖHKƏMLƏNDİRSƏ...
ATƏT-in 9 oktyabr seçkiləri üzrə onların qeyri-azad və ədalətsiz olmas haqqında ilkin qiymətləndirməsi Obama administrasiyasında ciddi şəkildə müzakirə olunub. Bu zaman bəzi məmurlar seçkilərin kəskin şəkildə pislənməsi xeyrinə çıxış ediblər.
Nəhayət, Ağ Ev 8 noyabr seçkilərinin üzərində duraraq, qeyd edib ki, Azərbaycan demokratik islahatları möhkəmləndirsə, birləşmək, toplaşmaq və ifadə azadlığına hörmət etsə, siyasi plüralizmə və məhkəmə hakimiyyətinin müstəqilliyinə yardım etsə, seçki sistemini möhkəmləndirsə, iki ölkə arasındakı tərəfdaşlıq öz potensialına çatacaq.
Boz vətəndaş cəmiyyəti və jurnalistlərin ən pis təqibini gördük, o cümlədən “Azadlıq” radiosunun jurnalistinə edilənləri, müxalifətçilərin həbsə salınmasını... Düşünürəm ki, Əliyev və onun ətrafındakılar qorxurlar və ehtiyac olmayan şeyləri edirlər...
«Boz vətəndaş cəmiyyəti və jurnalistlərin ən pis təqibini gördük, o cümlədən «Azadlıq» radiosunun jurnalistinə edilənləri, müxalifətçilərin həbsə salınmasını... Düşünürəm ki, Əliyev və onun ətrafındakılar qorxurlar və ehtiyac olmayan şeyləri edirlər», deyə o bildirib.
Freedom House prezidentinin fikrincə, Azərbaycan yanlış yoldadır, çünki Əliyev «insan hüquqlarına sıfır hörmət nümayiş etdirir».
«Bu, bizi qayğılandırır, belə ki, biz Azərbaycanın, onun təhlükəsizliyinin əhəmiyyətindən, energetika məsələlərindən çox bəhs edirik. Amma Əliyev bu xətti bütün göstəricilərin daha da pisləşməsi istiqamətində davam etdirərsə, Azərbaycanda insanlar daha ekstremist variantlara əl atmaqdan başqa seçim və imkan olmadığını hiss edə bilərlər ki, bu da hakimiyyətin maraqlarına uyğun deyil», deyə Kramer qeyd edib.
İlham Əliyev və Viktor Yanukovich
İlham Əliyev və Viktor Yanukovich
​Regionda insan hüquqları sahəsində vəziyyətin pisləşməsi səbəbləri haqqında danışan Kramer qeyd edib ki, bu, «nə bahasına olursa olsun, hakimiyyətdə qalmağı hədəfləyən» korrupsiyaya uğramış bütün avtoritar rejimlərin problemidir.
«Ukrayna, Rusiya, Belarus və Azərbaycanda problemlərin bir hissəsi onların liderlərinin hakimiyyətə hamının maraqlarını müdafiə etmək üçün deyil, öz şəxsi maraqlarına xidmət etmək üçün gəliblər ki, bu da həmin ölkələrə ziyan vurur», deyə o vurğulayıb.
Ukraynadakı etirazlar haqqında danışan Kramer prezident Yanukovichə və ailəsinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb. «Yanukovich şəxsən özü üçün sərfəli deyilsə, heç vaxt ölkəsinin Avroatlantik institutlara inteqrasiyası haqqında düşünmür», deyə o bildirib.
Onun fikrincə, Belarusda qərb sanksiyaları səmərəli olmayıb, çünki onlar daha çox maliyyə-iqtisadiyyat deyil, psixoloji sanksiyalar idi.
«Bu yaxınlarda Türkiyədə oldum və gördüm ki, Qərbin tənqidi əsasən Türkiyədə insan hüquqları sahəsində problemlərin həlli üçün Erdoğanla münasibətlərindən istifadə etməyən Obama üzərində cəmləşib», - deyə Kramer qeyd edib.
XS
SM
MD
LG