Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:37

Cəmil Həsənli Milli Şuranın sədri seçildi


Cəmil Həsənli Milli Şuranın sədri seçildi
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Cəmil Həsənli Milli Şuranın sədri seçildi

-
Milli Şuranın seçkisonrası ilk sessiyası dekabrın 3-də baş tutdu. AXCP qərargahında keçirilən sessiyada Rüstəm İbrahimbəyovun sədrlikdən azad olunmaq xahişi müzakirəyə çıxarıldı. Fikir mübadiləsindən sonra Milli Şuranın prezidentliyə keçmiş namizədi, tarixçi-alim Cəmil Həsənli qurumun sədri seçildi.

Bunadək çıxışlarda Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsi təklif olunmuşdu. AXCP sədri Əli Kərimlinin bu təklifində bildirilirdi ki, bir neçə il əvvələdək dissident klublarına bənzəyən Azərbaycan müxalifəti indi hökumətlə mübarizə aparmaq əzmindədir. Bu da Rüstəm İbrahimbəyovun və Cəmil Həsənlinin adı ilə bağlıdır:

«Cəmil Həsənlinin üzərində dayanmaq düzgün seçimdir. Rüstəm İbrahimbəyov isə fəxri sədr seçilsin».

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bildirdi ki, əksəriyyət Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə səs versə, Müsavat Partiyası Milli Şurada təmsil olunanlarla vəziyyəti bir daha ciddi qiymətləndirməli olacaq.

Rüstəm İbrahimbəyov səs çoxluğuyla fəxri sədr seçildi.

Bununla bağlı sessiyada müxtəlif fikirlər səsləndi.

RƏSUL QULİYEV MİLLİ ŞURADAN ÇIXARILDI

Arif Hacılı Rüstəm İbrahimbəyovun sədrlikdən getməsinə tərəfdar olduğunu söyləyərək, «Bizə amorf, yoxsa real birlik lazımdır?» - dedi.

«El» hərəkatının təmsilçisi Eldəniz Quliyev Rüstəm İbrahimbəyova təzyiqlər olduğu üçün istefa vermək qərarına gəldiyini açıqladı:

«Təzyiq olmasaydı, biz indi burda sədrlik məsələsini yox, Rüstəm İbrahimbəyovun bundan əvvəl həmsədrliklə bağlı yazdığı məktubu müzakirə edərdik».

Eldar Namazov Milli Şura icra aparatının sədrliyindən istefa verdi.

Sessiyada Rəsul Quliyevin şura üzvlüyündən çıxarılma məsələsinə də baxıldı. Səsvermə nəticəsində o, üzvlükdən çıxarıldı.

Cəmil Həsənli Rüstəm İbrahimbəyovun sədrlikdən getsə də, Milli Şuradan getmədiyini, qalıb fəaliyyətini davam etdirdiyini vurğuladı. O, dekabrın 3-də yanacağın qiymətinin qalxmasına da münasibət bildirərək dedi ki, «bugünkü qiymət artımı vətəndaşların talan edilməsinə yönəlmiş addımdır».

Cəmil Həsənli ölkədə azı 140 siyasi məhbusun olduğunu, onların azadlıq olunması üçün Milli Şuranın fəal mübarizə aparacağını da diqqətə yetirdi.
Sessiyada Milli Şuranın Ukraynada avrointeqrasiya tərəfdarlarına dəstək verən bəyanat da qəbul etdi.
XS
SM
MD
LG