G. Əhmədova ilə bağlı ekspertiza nəticələri açıqlandı
Noyabrın 14-də Gülə Əhmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə sənədlərin tədqiqinə başlanılıb. Videogörüntülər, S. Babayevanın nəşinin ekspertiza nəticələri, həmçinin, Səlcuq Ağlayan və Ayxan Məmmədovun Türkiyə hüquq mühafizə orqanlarına verdiyi ifadələri elan olunub.