Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:39

Bahalaşmanın anonsu verildi


Samir Şərifov
Samir Şərifov
.
6 noyabr medianın icmalı
MALİYYƏ NAZİRİ BU HAQDA DANIŞIB
Modern.az saytının məlumatına görə, Milli Məclisdə dövlət büdcəsinə daxil olan sənədlərin komitələrdə müzakirəsi zamanı bu məsələ də müzakirə edilib. Maliyyə naziri Samir Şərifov kommunal xərclərin artacağını dolayısı yolla təsdiqləyib: «Kommunal xərclərin artımına Tarif Şurası baxır. Bu haqda konkret bir söz deyə bilmərik. Amma hər şey mümkündür. Bu gün deyərik artmayacaq, birdən sabah Tarif Şurası artırar. Ona görə bu haqda dəqiq heç nə deyə bilmərik».
«Yeni Müsavat» yazır ki, «böyük ehtimalla hökumət neft gəlirlərinin azalmasını inflyasiya hesabına kompensasiya etmək istəyir. Təkcə onu demək kifayətdir ki, 2014-cü ildə hökumət əlavə dəyər vergisi üzrə daxilolmaları 300 milyon manatdan artıq səviyyədə planlaşdırır. Büdcə təşkilatları tərəfindən yanacaq-sürtgü materiallarının alınmasına hökumət 88,8 milyon manat yönəltməyi planlaşdırır, bu da bu il olduğundan 39,5 faiz çoxdur».

Sonuncu dəfə elektrik enerjisi və kommunal xidmətlərin qiyməti 2007-ci ilin dekabrında artırılıb. Bundan başqa ictimai nəqliyyatda gediş haqları 2, metroda isə 4 dəfə bahalaşıb.
«ƏN TƏRBİYƏSİZLƏRİ GƏTİRİRLƏR STUDİYAYA»
Qəzetlər
Qəzetlər
«Azərbaycan» qəzetində qəzetin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun «Bəd xəbər aludəçiliyi» adlı məqaləsi dərc olunub. Müəllif «bəd xəbər vermək aludəçiliyi lap həddini aşdığını» qeyd edir:
«Elə bil, qara xəbər verməkdən, insanlarda qanqaralığı, pis əhval-ruhiyyə yaratmaqdan zövq alırlar! «Bəd xəbər»in «pis xəbər» «variantı» isə istisnasız olaraq bütün özəl televiziya kanallarının ən «sevimli» mövzusuna və verlişlərinə çevrilib. Harada «ən pis ana», «ən xəyanətkar ər», «ən nankor övlad», «ən yaramaz bacı və qardaş», «ən tərbiyəsiz və mənəviyyatsız azərbaycanlı» varsa, tapıb gətirirlər studiyaya! Kim hansı biabırçılığı edibsə, söylədirlər, doğmaları bir-birlərinə qarşı qoyurlar, dalaşdırırlar, qarşılıqlı formada ifşa etdirirlər!»
Bir neçə gün əvvəl prezident İlham Əliyev də medianın qanqaraldan xəbərlərə üstünlük verdiyindən danışırdı. http://www.azadliqradiosu.az/content/article/25154672.html
«ONLARIN HAMISI AMERİKANIN QULUDUR»
Oktyabrın 9-da üçüncü dəfə Azərbaycan prezidenti seçilən İlham Əliyevə ABŞ-ın ali hakimiyyət instansiyasından – prezident Barak Obamadan təbrik gəlməyib. «Media forum» saytının bu məsələ ilə bağlı sualını cavablandıran hakim Yeni Azərbaycan Partiyasından deputat Siyavuş Novruzov deyib:
Siyavuş Novruzov
Siyavuş Novruzov
«BMT-nin 200-ə yaxın üzvü var. Bu dövlətlərin hamısı, kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, dünya birliyində bərabər hüquqla təmsil olunur. Hər kəsin də bir səsi var. Ona görə də hansı dövlət cənab prezidenti təbrik edib, sağ olsun, təbrik eləməyənlər də özü bilər, bunun bizə heç bir dəxili yoxdur.
«Barak Obamadan təbrik gəlməyib» kimi məsələləri ayrı-ayrı siyasətçilər, ekspertlər qaldırır. Onların hamısı Amerikanın quludur, ağasına xidmət edən şəxslərdir. Hansısa ölkə təbrik edə bilər, hansısa yox. Bunun seçkiyə nə aidiyyəti var axı?»
«RUSİYA AZƏRBAYCANIN ONA QUL OLMASINI İSTƏYİR»
«Azadlıq» qəzeti politoloq Hikmət Hacızadə ilə müsahibə dərc edib:
- Azərbaycanın istər Avropa Birliyi, istərsə də Gömrük İttifaqı ilə məsafə saxlamaq istədiyini hakimiyyət təmsilçilərinin açıqlamalarından da hiss etmək olur. Araz Əzimov bəyan edib ki, Azərbaycan həm Avropa Birliyi, həm də Gömrük İttifaqı ilə məsafə saxlamaq niyyətindədir. Sizcə, bu dəfə Azərbaycan buna nail olacaqmı?
Hikmət Hacızadə (Foto: Cahangir Yusif)
Hikmət Hacızadə (Foto: Cahangir Yusif)
- Bəlkə də Azərbaycan yenə də güc mərkəzləri ilə məsafə saxlamağa nail ola bilər. Amma bu cür mövqe bizi inkişafdan qoyacaq. O zaman belə bir mənzərə yaranacaq. Heç bir güc mərkəzinə qoşulmaq istəmirsən, amma eyni zamanda xaricdən gələn təzyiqlərdən də özünü müdafiə edə bilmirsən. O zaman Qarabağ münaqişəsini Azərbaycan necə həll etmək niyyətindədir? Axı Azərbaycan gərək hansısa bir birliyə qoşulsun ki, Qarabağ problemini çözə bilsin. Mən heç Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı nəticəsində gələcəkdə yüksək inkişafa nail ola biləcəyi, beynəlxalq standartlara uyğun qanunvericilik və hüquq normalarına sahib olacağı barədə danışmıram. Azərbaycan bütün bu imkanları əlindən vermiş olur.
NƏQLİYYAT NAZİRLİYİNİN MÜFƏTTİŞLƏRİ NECƏ QAÇDI
«Qafqazinfo» yerli televiziyalardan birinin yaydığı videosüjeti yerləşdirib. Yükdaşıma ilə məşğul olan sürücü Yusif Murtuzov Nəqliyyat Nazirliyinin müfəttişlərinə sənədlərini təqdim etməsinə baxmayaraq ondan rüşvət tələb etdiklərini bildirib.
XS
SM
MD
LG