Gülər Əhmədova: İntihara cəhd etdim...
Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova prosesi keçirilib. O, Cinayət Məcəlləsinin «etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə» və «ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə» maddələri ilə təqsirləndirilir.