Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:25

M. Qurbanlı: Avropa Parlamenti qarşısında öhdəliyimiz yoxdur


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
.
Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Mübariz Qurbanlı Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı yaydığı qətnaməyə münasibət bildirib. M. Qurbanlı AzadlıqRadiosuna açıqlamasında deyib ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur:
«Azərbaycan Avropa Parlamentinin üzvü deyil. Bu təşkilatın yaydığı səndələr deklorativ xarakter daşıyır. AP təşkilat olaraq öz nümayəndələri ilə seçki prosesini rəsmi qaydada izləməyib. Bizim AP qarşısında hansısa öhdəliyimiz olmadığına görə bu təşkilatın yayıdığı fikirlər həmin təşkilatın elə özünə aid olur. Hesab edirəm ki, burada ikili standartın təzahürü var. Çünki AP-dən Azərbaycanda nümayəndələr olub, onların rəsmi açıqlamaları var. Sonra isə hansısa qurumun yaydığı sənədə istinad edir. Belə təşkilatlarda bu cür ikili yanaşma çox görmüşük. Görünür burda kiminsə hansısa maraqları var. AP hər gün 100-lərlə belə bəyanat və açıqlamalar yayır. İkili standartların səbəbini onların özlərindən soruşmaq lazımdır».
Avropa Parlamenti oktyabrın 23-də Strasburga keçirilən plenar sessiyanın qəbul etdiyi yekun qətnamədə ATƏT-in uzunmüddətli seçki missiyasının nəticələrinə istinadən Azərbaycandakı seçkilərin növbəti dəfə ATƏT standartlarına uyğun gəlməməsi ilə bağlı təəssüf ifadə olnur.

MÜBARİZ QURBANLININ AÇIQLAMASINI BURDAN DİNLƏYİN:
XS
SM
MD
LG