Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:19

İlham Əliyev müdafiə nazirini dəyişir


Nazirlər Kabineti
Nazirlər Kabineti
-
Prezident İlham Əliyev oktyabrın 22-də Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib.

Yeni nazirlərin sırasında Səfər Əbiyev yoxdur. Onu Daxili Qoşunların komandanı, general-polkovnik Zakir Həsənov əvəz edib.

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov isə Baş nazirin müavini vəzifəsinə təyin edilib.

Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov da Baş nazirin müavini olub. Onun yerinə isə Heydər Əsədov kənd təsərrüfatı naziri təyin edilib.

​Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov olub. O, indiyə qədər Sosial Müdafiə Fondunun rəhbəri idi.

Bundan əvvəlki əmək naziri Füzuli Ələkbərovun adı da hələlik yeni hökumətin tərkibində yoxdur.

Hökumət üzvlərinin yeni siyahısı ilə burada tanış ola bilərsən.

Nazirlər Kabinetinin əvvəlki tərkibi isə belə idi.

Zakir Həsənov

Yeni Müdafiə naziri Zakir Həsənov 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.
Ramil Usubov, Zakir Həsənov və İlham Əliyev
Ramil Usubov, Zakir Həsənov və İlham Əliyev
Həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.

1993-2003-cü illərdə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib. Daha sonra isə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsində çalışıb.

2003-cü il yanvarın 17-də prezident Heydər Əliyev tərəfindən Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı vəzifəsinə təyin edilib.

Müdafiə naziri təyin olunan gün prezident İlham Əliyevin fərmanı ilə Zakir Həsənova ona general-polkovnik rütbəsi verilib.

SƏFƏR ƏBİYEVƏ HANSI VƏZİFƏ VERİLİR?

Səfər Əbiyevin başqa işə keçməsİ və ya təqaüdə çıxacağı, Zakir Həsənovun vəzifəsinə kimin təyin olunacağı, 3-cü prezidentlik müddətinə başlayan İlham Əliyevin daha hansı kadr dəyişikliyi aparacağı haqda hələlik heç bir rəsmi məlumat yoxdur. Lakin hər şeydən göründüyü kimi, hakimiyyətin tərkibinin tam formalaşması hələ başa çatmayıb.

AzadliqRadiosu baş verənləri yaxından izləyir. Mövzu ilə bağlı ətraflı məlumatlar, şərhlər və təhlilllər gün ərzində saytımızda yerləşdiriləcək.

Sənin fikirlərin bizə maraqlı olardı: hökumətin tərkibində dəyişikliklərdən hansı nəticə çıxarmaq olar? Yeni müdaifə nazirinə ümidlərin varmı?
XS
SM
MD
LG