Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:40

Rusiya Suriyanı dəstəkləyəcəyini bəyan edir


Vladimir Putin
Vladimir Putin
-
Rusiya prezidenti Vladimir Putin Suriyaya hərbi müdaxilə ediləcəyi halda bu ölkəyə kömək edəcəklərini bildirib.

O bu bəyanatını «Böyük 20-lər»in Sankt-Peterburq sammitinin sonunda keçirilən mətbuat konfransında açıqlayıb.

Putin qeyd edib ki, Suriyaya hərbi müdaxiləni dəstəkləyən ölkələrin əhalisi bizim tərəfimizdədir.

Mətindən bəlli olur ki, Putin «dəstəkləyən ölkələr» deyərkən, ABŞ, Kanada, Fransa, Türkiyə və Səudiyyə Ərəbistanını nəzərdə tutur.

Putin bu məsələni ABŞ prezidenti Barack Obama ilə sammitdə müzakirə etdiyini, amma ortaq mövqeyə gələ bilmədiklərini söyləyib. O, Rusiya, Çin, Hindistan, İndoneziya, Argentina, Braziliya, CAR və İtaliyanın Suriyaya hərbi müdaxilənin əleyhinə olduqlarını bildirib.

Rusiya prezidenti Suriya rejiminin kimyəvi silah işlətməsi ilə bağlı iddiaların yaraqlıların təxribatı olduğunu bir daha xatırladıb.

Suriyanı kimyəvi silah işlətməkdə günahlandıran ABŞ Bashar Assad rejiminə qarşı hərbi müdaxiləyə təkid edir.
XS
SM
MD
LG