Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:43

Milli Şuranın 18 avqust mitinqi [Video/Foto]

Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırıldığından polisin ciddi müdaxiləsi olmayıb. Amma təşkilatçılar şəhərin mərkəzindən mitinqin keçiriləcəyi əraziyə gedən avtobusların hərəkətinə maneələr yaradıldığını bildirirlər.

13:32 18.8.2013
10-DAN ÇOX ADAM SAXLANIB

«Mitinqqabağı saxlanan müxalifətçilərin sayı 11-ə çatıb».

Bunu AzadlıqRadiosuna AXCP sədrinin müavini Asəf Quliyev deyib.

«11 nəfərdən 4-ü barəsində 5- 15 sutka inzibati həbs qərarı verilib. 5 nəfər isə xəbərdarlıqdan sonra buraxılıb».
14:05 18.8.2013
ŞƏKİ VƏ YEVLAXDAN MİTİNQƏ GƏLƏNLƏRİ SAXLAYIBLAR

Avqustun 18-də Bakıya müxalifətin mitinqində iştirak etmək üçün gələn AXCP Şəki şöbəsinin 15 fəalı yerli polis şöbəsinə aparılıb.

Bu haqda AzadlıqRadiosuna AXCP Şəki şöbəsinin sədri Əli Abdullayev məlumat verib:

«Ford markalı avtobusun sürücüsü ilə danışmışdıq. Şəkidən çıxmamış polis qaz idarəsinin yanında bizi saxladı. Sürücünü, məni və məclis sədri Rauf Abdurrəhmanlını polisə apardılar. Adımızı-soyadımızı, ünvanlarımızı götürəndən sonra buraxdılar. Sürücünü isə saxladılar. Başqa maşınla gəlmək istəyəndə, polis yenə bizə imkan vermirdi, izləyirdilər. Təxminən 4 maşın dəyişəndən sonra Bakıya gəlirik, digərlərinə isə mane olduqları üçün gələ bilmədilər».

Şəki rayon Polis İdarəsindən heç kimi saxlamadıqlarını, məlumatın yalan olduğunu bildirdilər.

AXCP sədrinin müavini Gözəl Bayramlı AzadlıqRadiosuna bildirib ki, avqustun 18-də partiyanın Yevlax rayon təşkilatının fəallarından olan Rövşən Hüseynovla Bakıya gələn qrupu da polis saxlayıb. Onların hamısı yerli polis idarəsinə aparılıb.

Yevlax rayon Polis İdarəsindən isə heç kimi saxlamadıqlarını bildirdilər.
16:37 18.8.2013
SUMQAYITDAN GƏLƏNLƏRİ SAXLADILAR

Avqustun 18-də Sumqayıtdan Bakıya gələn bir qrup müsavatçı gəncin maşınını polis saxlayıb.

Bu haqda AzadlıqRadiosuna Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli məlumat verib.

Sumqayıt şəhər Polis İdarəsindən onlarda belə məlumat olmadığını deyiblər.

Davamı

XS
SM
MD
LG