Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:10

Avropa Birliyi rəsmisi: «...bütün namizədlərə icazə verilməlidir»


Michael Mann
Michael Mann
-

«BUNA SÖZSÜZ ƏMƏL OLUNMALIDIR»

«Avropa Birliyi seçkinin qəbul olunmuş beynəlxalq standartlara uyğun keçirilməsini dəstəkləyir, ancaq bu, ancaq seçki günü məhdudlaşmamalı, bütün seçki kampaniyasını əhatələməlidir». Bunu avqustun 13-də Brüsseldə Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton-nun sözçüsü Michael Mann deyib. O, Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkiləri barədə fikrini belə ifadə edib:

«Bütün elan olunmuş namizədlərə seçkidə iştiraka icazə verilməlidir. Buna sözsüz əməl olunmalıdır. Biz həmçinin ötən ay ATƏT-in Qiymətləndirmə Missiyasının hesabatını dəstəkləyirik. Həmin hesabatda Azərbaycanın indi, seçki kampaniyasının başlandığı zaman həll etməli olduğu bir sıra məsələlər əks olunub», Michael Mann belə deyib.

«SEÇKİLƏR TƏLƏBLƏRƏ UYĞUN OLMALIDIR»

İyulun 13-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkiqabağı qiymətləndirmə missiyası 17-21 iyun Bakıda səfərinə dair rəy açıqlayıb.

Hesabatda seçki gününün prosedurları, o cümlədən səslərin sayılması ilə bağlı narahatlıq ifadə olunmuşdu. Missiya ATƏT/DTİHB-nin 2010-cu il parlament seçkiləri barədə hesabatını xatırladaraq bildirirdi ki, o vaxt fundamental insan haqları – sərbəst toplaşma və ifadə azadlıqları son dərəcə məhdudlaşdırılıb:

«Bütünlükdə o seçkilər ATƏT-in demokratik seçki tələblərinə və Azərbaycanın öz qanunlarına uyğun olmamışdı».

Sənəddə ATƏT/DTİHB-yə tövsiyə edilirdi ki, Azərbaycanda 2013-cü il prezident seçkisinə 30 uzunmüddətli və 280 qısamüddətli müşahidəçi ezam edilsin.

Ancaq Azərbaycan hökuməti hələ ki, ATƏT/DTİHB-yə seçkini müşahidə etmək üçün dəvətnamə göndərməyib. Avropa Parlamenti və ATƏT-in Parlament Assambleyası seçkiyə müşahidəçi göndərməyəcəklərini bildiriblər.
XS
SM
MD
LG