Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:16

Əlağa Şıxlinski: «Məni sevimli Nigarımın yanında dəfn edərsiniz...»


General Əliağa Şıxlinski və onun xanımı Nigar Qayıbova - Şıxlinskaya (Arxiv foto)
General Əliağa Şıxlinski və onun xanımı Nigar Qayıbova - Şıxlinskaya (Arxiv foto)
-
AzadlıqRadiosunun «İz» proqramı qızıl arxivindən növbəti dastanını dinləyicilərə təqdim edir.
Avqust ayı Azərbaycanın iki görkəmli şəxsiyyətinin – general Əliağa Şıxlinskinin və onun xanımı Nigar xanım Qayıbova - Şıxlinskayanın xatirə günüdür.
Lap gənc yaşlarından Nigar xanıma aşiq olan gələcək «Artilleriya allahı» sanki ölüm ayını da özü seçmiş, sevimli Nigarından ayrılmaq istəməmişdi.
1931-ci il avqustun 12-də vəfat etmiş Nigar xanımın 12-ci ayrılıq ilini son dəfə qeyd etmişdi general Şıxlinski.
Nigar Qayıbova - Şıxlinskaya
Nigar Qayıbova - Şıxlinskaya
Və 1943-cü il avqustun 18-də Musa Nağıyev adına xəstəxanada dünyaya vida deyib Yasamal qəbiristanlığında uyuyan ömür dostuna əbədi yol yoldaşı olmuşdu...
Əslində, general Nigar xanımdan heç ayrılmamışdı da…
Fiziki ayrılığın 12 ilini, demək olar ki, hər cümə axşamı onun qəbrini ziyarət etmiş, hər il ehsan vermişdi.
Hətta vəsiyyətnaməsində olub-qalanını satıb, özü üçün qəbir daşı qoymağı da istəməsində bir məqsədi var idi:
«Qəbir daşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım Nigar xanımın adı ilə yanaşı yazılsın».
Və son rica: «Qəbrimi mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı, yastı tava daşı ilə örtüb, üstünə yazarsınız: Əliağa Şıxlinski - heç bir tarix lazım deyil».
- Qaynağını XIX əsrdən götürmüş sevgi tarixçəsi necə başladı?
- Qara yellər nədən əsdi?
- Sevən ruhlar bitmək-tükənmək bilməyən ayrılıqlardan sonra ötən əsrin əvvəllərində necə qovuşdu?
- Sevənlər hansı əngəlləri aşa bildilər?
İllərin sınağından çıxmış bu maraqlı sevgi tarixçəsinə mütləq qulaq kəsilin.
XS
SM
MD
LG