Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:34

Putin-in Bakıya səfərinin detalları [İnfoqrafika]


Vladimir Putin və İlham Əliyev (Arxiv foto)
Vladimir Putin və İlham Əliyev (Arxiv foto)
-
Avqustun 13-də Rusiya prezidenti Vladimir Putin-in Azərbaycana işgüzar səfəri gözlənilir. Səfər zamanı 5-6 ikitərəfli sənədin, o cümlədən energetika və nəqliyyat sahələrinə dair sənədlərin imzalanması gözlənilir.

«RİA Novosti» saytının məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Ushakov məlumat verib.

RUS GƏMİLƏRİ DƏ GƏLİR

Azərbaycan-Rusiya əlaqələri

İNFOQRAFİKA
Azərbaycan-Rusiya əlaqələri

Bildirilir ki, Rusiya nümayəndə heyətinin tərkibinə xarici işlər naziri, müdafiə, energetika, fövqəladə hallar, nəqliyyat və iqtisadi inkişaf nazirləri, o cümlədən «Rosoboroneksport»un icraçı direktoru, Xəzər dənizi ilə bağlı çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, «Rosneft» və «Lukoil»un başçıları da daxildir.

Ushakov qeyd edib ki, avqustun 13-də Rusiya-Azərbaycan danışıqları keçirilən gün Rusiyanın Xəzər donamasının gəmiləri – «Dağıstan» raket gəmisi və «Volqodonsk» kiçik artilleriya gəmisi Bakıda dostluq səfərində olacaq.

Ushakov-un sözlərinə görə, danışıqlarda 5-6 ikitərəfli sənəddən ibarət paketin imzalanması gözlənir. Sənədlər arasında Rusiya və Azərbaycan Fövqəladə Hallar Nazirlikləri arasında əməkdaşlığa dair kompleks plan da var.

3,4 MİLYARD DOLLARLIQ DÖVRİYYƏ

Rusiya Azərbaycanın aparıcı ticarət-iqtisadi tərəfdaşlarından biridir: «Bəzi ölkələrdən, o cümlədən MDB-dən fərqli olaraq ölkələrimiz arasında ikitərəfli ticarət dövriyyəsi sabit tendensiya ilə artır. 2012-ci ilin nəticələrinə görə, dövriyyə 11% artaraq, 3,4 milyard dollar olub. Bu ilin yanvar-may ayında isə ticarət dövriyyəsi 50% artıb», Ushakov belə deyib.

İgor Sechin
İgor Sechin
İyulun əvvəlində isə «Rosneft»in rəhbəri İgor Sechin-in Bakıya səfəri zamanı Prezident İlham Əliyev və ARDNŞ rəhbəri Rövnəq Abdullayevlə görüşlərdə mümkün enerji layihələri müzakirə olunub.

«Rosneft» Xəzər dənizində «Abşeron» qaz yatağının işlənməsi layihəsinə maraq göstərir. Ekspertlər qeyd edirlər ki, bu layihəyə qoşulacağı halda, «Rosneft» Avropa qaz bazarına çıxa və «Qazprom»a rəqib ola bilər.

SEÇKİDƏN SONRAKI FORUMDAN DA DANIŞACAQLAR

Rusiyanın digər neft şirkəti – «Lukoil» hazırda Şahdəniz qaz yatağının işlənməsində iştirak edir.

2012-ci ildə Azərbaycandan Rusiyaya 1,55 milyard kubmetr qaz satılıb. Bu ilin yanvar-iyun aylarında bu rəqəm 0,88 milyard kubmetr olub.

«RİA Novosti» bildirir ki, Putin-lə Əliyev 31 oktyabr – 1 noyabr tarixində keçiriləcək III Bakı beynəlxalq humanitar forumuna hazırlıq məsələlərini də müzakirə edəcəklər.
Prezidentlərin beynəlxalq və regional məsələləri, Xəzər dənizinin hüquqi rejimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemlərinə də toxunacaqlar. Ancaq Ushakov-un sözlərinə görə, Qəbələ RLS mövzusundan danışılmayacaq.

11 AVQUST: PUTİN-İN SƏFƏRİ AVQUSTUN 14-DƏK BAŞ TUTACAQ

Rusiya prezidenti Vladimir Putinin Bakıya gələn həftənin əvvəlində gələcəyi gözlənir. Səfər gələn həftənin çərşənbə günü- avqustun 14-dək baş tutacaq.
Dmitriy Peskov
Dmitriy Peskov
Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov «Vestnik Kafkaza» saytının müxbiri Fuad Səfərova belə deyib.
Bu, Putinin Azərbaycana prezident kimi 4-cü səfəri olacaq. Sonuncu dəfə o, Bakıda 2007-ci ildə olub, Azərbaycanda Rusiya ilinin açılışına qatılıb.
Səfər zamanı Putinin Azərbaycana Avrasiya İttifaqına daxil olmaq təklifi edəcəyi gözlənir. Bundan başqa Rusiyadan 1 milyard 600 milyon dollarlıq silah alınması məsələsi də müzakirə olunacaq.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bir neçə gün «Nezavisimaya qazeta»ya müsahibəsində deyib ki, Azərbaycan və Rusiya rəhbərlərinin görüşləri təkcə iki ölkənin münasibətləri üçün deyil, həm də regionda həmişə mühüm hadisə olub.
«Əminəm ki, bu görüş də istisna olmayacaq – hər iki ölkənin iradəsi və arzusu və yaxşı potensial var», o, sözlərinə əlavə edib.

İNFOQRAFİKA
Azərbaycan-Rusiya əlaqələri

XS
SM
MD
LG