Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:36

Zeynal Nağdəliyev: «Azərbaycanda dünya standartlarına uyğun seçki keçiriləcək»


Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev
-
«Azərbaycanda dünya standartlarına uyğun olaraq yüksək səviyyəli seçkilər keçiriləcək». Trend xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev iyulun 29-da bildirib.

O deyib: «Ölkədə insanların konstitusion hüquqlarının həyata keçirilməsi üçün bütün şərait yaradılacaq».

Nağdəliyev həmçinin deyib: «Bəzi beynəlxalq təşkilatlar Azərbaycan reallıqlarını nəzərə almadan, ölkə qanunvericiliyini bilmədən saxta raportlar hazırlayırlar. Seçkilərə hazırlıqlar imkan verir ki, Azərbaycanda seçki kampaniyası və seçkilərin keçirilməsi yüksək səviyyədə təşkil olunsun».

«SEÇKİLƏRİ İZLƏYƏN KAMERALARIN SAYI 20 FAİZ ARTIRILIR»

Zeynal Nağdəliyev bu fikirləri Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində söyləyib.

O, çıxışında seçki məntəqələrindəki yeniliklərdən də danışıb: «Ötən seçkilərdə məntəqələrin cəmi 10 faizində quraşdırılan kameralar vasitəsilə seçkiləri izləmək mümkün oldu. Bu il isə ölkə başçısının iradəsi ilə bu rəqəm 20 faizə qaldırılıb ki, həmin məntəqələrdə seçkiləri izləmək mümkün olsun».

MSK-nın binası
MSK-nın binası
Prezident Administrasiyasının rəhbəri DSK-nın fəaliyyəti üçün ölkə başçısının tapşırığı ilə hər cür şərait yaradıldığını da söyləyib: «Bu seçkilərdə ötən seçkilərə nisbətən həm seçki komissiyaları, həm də seçicilər üçün daha yaxşı şərait yaradılacaq. Lövhələr səliqəli vəziyyətə gətirilməlidir ki, seçicilər onlardan rahat istifadə edə bilsinlər. Lövhələrdən başqa məqsədlər üçün istifadə edilməsi qadağandır. Bununla bağlı yerli icra hakimiyyəti orqanlarına xüsusi tapşırıq verilib».

Zeynal Nağdəliyev həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının qarşısında duran vəzifələrdən də danışıb. O bildirib ki, artıq DSK-nın vəziyyətinin monitorinqi keçirilib: «Bir sıra DSK-ın fəaliyyəti yeni binalarda təmin olunub. Bu dəfə keçiriləcək prezident seçkiləri həm DSK-ın fəaliyyəti baxımından, həm də vətəndaşlar üçün daha rahat təşkil olunacaq».

O, seçici siyahılarının dürüstləşdirilməsindən də danışıb: «Azərbaycanda hazırlanan seçici siyahıları bir çox ölkələr üçün örnək ola bilər. Neçə illərdir çalışılır ki, heç bir seçici seçkilərdən kənarda qalmasın».

Kursların açılış mərasimində MSK sədri Məzahir Pənahov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay da iştirak edirlər.

Azərbaycanda prezident seçkiləri bu ilin oktyabrında keçirilməlidir.
XS
SM
MD
LG