Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:20

Şedevrlər sobada yandırılıb?


Yandırılmış rəsmlərdən biri: Paul Gauguin-in 1998-ci ildə çəkdiyi «Açıq pəncərə qabağında qız» əsəri.
Yandırılmış rəsmlərdən biri: Paul Gauguin-in 1998-ci ildə çəkdiyi «Açıq pəncərə qabağında qız» əsəri.
-
Polis 2012-ci ilin oktyabrında Rotterdamdakı Kunsthal muzeyindən edilən oğurluğun izinə düşüb.

Oğurluğun izi Rumıniyaya gedib çıxır.

Bu ilin yanvarında polis 4 rumın vətəndaşını şübhəli qismində saxlayıb.

Muzeydən 7 əsər oğurlanmışdı.

Onların arasında Pikassonun, Matissin, Freydin, Meyer de Haanın və Klod Monenin iki əsəri var.

İstintaq nəticəsində şübhəlilərin birinin anasının evinin soba külündən tabloların çərçivəyə pərçimləndiyi mıxlar tapılıb.

«Reuters» iyulun 23-də ekspertlərin oğurlanan 7 əsərin minimum üçünün yandırıldığı qənaətinə gəldiyini bildirib.

Amma onlar hansı əsərlərin yandırıldığını müəyyən edə bilməyiblər.

Əvvəlcə şübhəlilərdən birinin anası oğlu tutulduqdan sonra tabloları qəbiristanlıqda gizlətdiyini, kəndin axtarıldığını bilincə, oğluna qarşı müstəntiqlərin əlinə sübut verməmək üçün tabloların 7-sini də yandırdığını boynuna alıb.

Rumıniyanın «Mediafax» Agentliyinin yaydığı xəbərə görə, qadın tutulmaq təhlükəsini duyunca, şedevrləri yandırmadığını söyləyib.

Ekspertlər oğurlanan əsərlərin ümumi dəyərinin 100-200 milyon avro arasında olduğunu bildirirlər.

Xatırladaq ki, 2012-ci ilin oktyabrında muzeyin 20 illiyi münasibətilə açılan ekspozisiyada sərgilənən əsərlər gecə saat 3-də ehtiyat qapıdan 2 dəqiqə ərzində oğurlanmışdı.
XS
SM
MD
LG