Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:41

Eldar Namazov: «Milli Şura xaricdən seçki mütəxəssisləri gətirəcək»


Mətbuat icmalı
Mətbuat icmalı
-

KORRUPSİYADAN ƏZİYYƏT ÇƏKƏN AVROPA...

«Azərbaycan» qəzeti səmərəli antikorrupsiya siyasətinin bəhrə verdiyini yazır. Qəzetə görə, güclü siyasi iradə korrupsiyaya qarşı uğurlu mübarizənin əsas təminatıdır:

«Xüsusi vurğulamaq yerinə düşər ki, Avropanın ən aparıcı ölkələrinin korrupsiya «bəlasından» əziyyət çəkdiyi, maliyyə böhranı nəticəsində korrupsiya hüquqpozmalarının daha əcaib formalarda təzahür etdiyi bir vaxtda Azərbaycanda bu sahədə mühüm irəliləyişlər əldə edilmişdir».

QARABAĞIN AÇARI RUSLARDA DEYİLMİŞ

«Qarabağın «açarı» rusların əlində deyil». Bunu «Bizim yol»a müsahibəsində politoloq Arif Yunus deyib:

«Artıq zaman dəyişib, Rusiyanın hərbi və iqtisadi baxımdan əvvəlki imkanları yoxdur».

MİLLİ ŞURA XARİCDƏN SEÇKİ MÜTƏXƏSSİSLƏRİ GƏTİRƏCƏK

«Milli Şura Azərbaycana xaricdən məşhur seçki mütəxəssisləri gətirəcək». Bunu «Yeni Müsavat»a Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov deyib:

«Bu, bir beynəlxalq qrupdur. Həmin qrupa həm ABŞ-dan, həm də Rusiyadan təcrübəli seçki mütəxəssisləri, menecerləri daxildir. Onlar bir yerdə MDB məkanında uğurlu seçki kampaniyaları aparıblar».

AXCP İLƏ MÜSAVAT ARASINDAKI «TOM VƏ CERİ» SEVGİSİ

«Yeni Azərbaycan» AXCP ilə Müsavat arasında gərginliyin bitmədiyini yazır. Qəzet iki partiya arasındakı gərginliyi daha çox Rüstəm İbrahimbəyov faktoru ilə əlaqələndirir:
«Əslində, AXCP ilə Müsavatın münasibətləri belə demək mümkünsə, «Tom və Ceri»nin qarşılıqlı sevgisindən uzağa getməyib, lakin onlar bunu danırlar».

AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİ GƏRGİNLƏŞİB?

«Azadlıq» qəzeti Rusiya-Azərbaycan münasibətlərinin gərginləşdiyini yazır. Qəzet uzun müddətdən bəri iki ölkə başçısı arasında görüş keçirilmədiyini, qarşılıqlı səfərlərin olmadığını buna misal çəkir.

«... münasibətlər o qədər gərgin mərhələyə daxil olub ki, Rusiya Azərbaycanla münasibətlərdə artıq hər hansı vədlərə inanmaq, hər hansı diplomatik ritorikaya əsaslanıb münasibətlərin növbəti mərhələsini onun üzərində qurmaq istəmir».
XS
SM
MD
LG