Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:17

Məhbus fəal İlkin Rüstəmzadə əməliyyat olunacaq


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə
-
Bakı İstintaq Təcridxanasında saxlanan «Azad Gənclik» Təşkilatının üzvü İlkin Rüstəmzadənin səhhətində ciddi problemlər yaranıb.

Bu haqda AzadlıqRadiosuna «Azad Gənclik» Təşkilatının üzvü Ülvi Həsənli məlumat verib:

«İyulun 6-da İlkin Rüstəmzadə mənimlə telefon əlaqəsi saxladı. Dünəndən qızdırmasının düşmədiyini dedi. Həm də onurğasında problem yaranıb. Həkimlər onu müayinə edib, bir həftə sonraya əməliyyat təyin ediblər».

İyulun 6-da İlkin Rüstəmzadənin vəkilləri ona baş çəkib.

Vəkil Nemət Kərimli bildirdi ki, İlkin Rüstəmzadə iyulun 11-də əməliyyat olunacaq:

«Mən onun mülki xəstəxanada əməliyyat olunması üçün iyulun 8-də Penitensiar Xidmət İdarəsinə müraciət edəcəyəm».

Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, təqsirləndirilən şəxslərin və məhkumların müayinəsi və müalicəsini Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həyata keçirir:

«İdarənin yüksəkixtisaslı kadrları və tibbi avadanlıqları var. Eyni zamanda qanun təqsirləndirilən şəxslərin ödənişli tibb ocaqlarına müraciət edə bilməsinə də yol verir».

İlkin Rüstəmzadə mayın 17-dən həbsdədir. O, Youtube-da yerləşdirilən «Hаrlem Shake» videosunu hazırlamaqda təqsirləndirilir. Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.
XS
SM
MD
LG