Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:00

Məşhur türk tarixçisindən Azərbaycanla bağlı etiraf


-

(Video aşağıda)


Türkiyənin ən ünlü tarixçilərindən biri, dünyada Osmanlı tarixi üzrə ən böyük mütəxəssislərdən sayılan 97 yaşlı Halil İnalcık "Haber Türk" kanalındakı "Teke tek" proqramında Azərbaycan mədəniyyəti, muğam sənəti haqda yüksək fikirlər səsləndirib. (cheshmandaz.org)

O deyib ki, yüksək musiqi və yüksək şeir Türkiyəyə Azərbaycandan gəlib: "Klassik musiqi dediyimiz saray musiqisi bizə İrandan gəlmədir, daha doğrusu Azərbaycandan... Bizə yüksək şeir Nizamidən gəlmədir, Azərbaycandan gəlmədir. Onlar da İrandan alıblar. Azərilər türk olduqları üçün Osmanlılar bu yüksık şeir və yüksək ədəbiyyatı onlar vasitəsilə alıblar"

Professor Halil İnalcık 14-cü əsrdə yaşamış böyük Azərbaycan musiqişünası Əbdülqadir Marağayini yada salıb. Onun Şərqdə böyük ustad olduğunu, musiqi nəzəriyyəsinə aid kitablar yazdığını deyib. Ünlü tarixçi xüsusən də 15-ci əsr Osmanlı sultanı 2-ci Murad dövründə yüksək musiqini saraya gətirmək üçün cəhdlər edildiyini xatırladıb:

"Böyük ustad - Teymur dövründə yaşamış Əbdülqadir Marağayidir... Osmanlılar o zaman yüksək musiqidən, yüksək şeirdən bixəbər idilər. Onlar Marağayinin oğlu Əbdüləzizi İstanbula gətirirlər. Onunla birlikdə də başqa musiqişünasları".

Fatih Altaylı və Murat Bardakçının apardığı proqramda o da deyilib ki, azərbaycanlı musiqişünaslara o zaman Osmanlı xəzinəsindən yetərincə yüksək maaş da verilib.

Bax 1.18.01-dən sonra
XS
SM
MD
LG