Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:26

ABŞ Azərbaycan qazının Avropaya nəqli mərşrutunun müəyyənləşməsini alqışlayır


Patrik Ventrell
Patrik Ventrell
-


ABŞ Azərbaycan qazının Avropaya nəqli marşrutunun müəyyənləşməsini Bakının böyük uğuru və Avropaya qaz ötürülməsini nəzərdə tutan Cənub Qaz Dəhlizinin icrası istiqamətində ciddi addım adlandırır.

Bu barədə ABŞ dövlət Departamentinin sözçüsünün müavini vəzifəsini icra edən Patrick Ventrell iyunun 28-də yayılan bəyanatında qeyd edir.

“Cənubi Qafqazdan Azərbaycan, Gürcüstan, oradan da Trans-Anadolu kəməri vasitəsilə Türkiyədən keçən Cənub Dəhlizi Avropanın qaz təchizatında yeni mənbə olacaq. Bu layihəni ABŞ tam dəstəkləyir. Dəhliz Avropanın öz qaz mənbələrini çoxaltmaq məqsədlərinə uyğun olmaqla Avropanın qaz bazarında rəqabətin yaradılmasında çox ciddi addımdır,” – deyə sənəddə qeyd olunur.

Bəyanata görə Azərbaycan qazının Avropaya nəqlində Trans-Adriatik Kəmərlərinin seçilməsi həm də Xəzərdən Avropaya qaz xəttinin açılması deməkdir. Bu da Avropanın enreji təhlükəsizliyinin təmin olunması və təchizatçılar arasında rəqabət yaranması istiqamətində vacib addımdır.

Patrick Ventrell daha sonar qeyd edir: “Cənub Dəhlizi əsasən Avropanın qaz təchizatı üçün nəzərdə tutulsa da bu həmçinin Xəzərdən qazı beynəlxalq bazarlara çıxarmaqla qlobal enerji təhlükəsizliyinin təmin olunmasında da vacib rol oynayır. Bu təşəbbüs iqtisadi dirçəliş üçün həlledici rol oynayan qlobal enerji tələbatının ödənməsində də ciddi rol oynayacaq. ABŞ Cənub Qaz Dəhlizi layihəsinə daha geniş kontekstə yanaşır.

Biz bugünkü vacib qərar münasibətilə Azərbaycan və «Şahdəniz» konsorsiumunu təbrik edirik.”

İyunun 28-də «Şahdəniz» konsorsiumu Azərbaycan qazının Avropaya nəqli marşrutu kimi Transadriatik qaz kəmərinin seçildiyini rəsmən bəyan edib. Beləliklə, Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya marşrutu ilə Avropa Birliyinə çatdırılacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetrə yaxın qaz nəql olunacaq. Perspektivdə bu kəmərlə Azərbaycanın başqa yataqlarından əldə etdiyi qaz da nəql oluna bilər. İnvestisiyalaşdırma haqqında qərar ilin sonunda qəbul olunacaq. Dəyəri 2,5 mlrd. avro olan qaz kəmərinin istismarına 2019-cu ildə başlanması planlaşdırılıb.
Avropa Birliyi də bu qərarı alqışlayıb.
XS
SM
MD
LG