Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:28

Rafiq Tağının həyat yoldaşı prezidentə müraciət edir


Yazıçı Rafiq Tağı (Foto: Azad Fikir Universiteti)
Yazıçı Rafiq Tağı (Foto: Azad Fikir Universiteti)
-
2011-ci ilin noyabrında naməlum şəxslər tərəfindən bıçaqlanan və xəstəxanada vəfat edən yazıçı, publisist Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva növbəti dəfə prezidentə müraciət edib. O dövlət başçısından Rafiq Tağının bıçaqlanmasını araşdıran istintaqı nəzarətə götürməsini və onu qəbul etməsini istəyib.
Bu haqda AzadlıqRadiosuna Mailə Tağıyeva deyib. Onun sözlərinə görə, iki ilə yaxındır Rafiq Tağının qətlini araşdıran istintaq ortaya hər hansı nəticə qoymayıb:
«İşə baxılmır. İki ilə az qalır, cinayətkar tapılmayıb, nə çağırırlar, nə məlumat verirlər. Ona görə əsəbiləşirəm. Biz artıq ikinci ya üçüncü dəfədir prezidentə müraciət edirik. O zaman bizə yalandan bir cavab gəldi ki, məktubunuzu aldıq. Ancaq sonra səs-soraq çıxmadı. Dedim bir də müraciət edək, görək bizi qəbul edəcəkmi? Etməsə ondan sonra atacağım addımları görəcəksiz».
Rafiq Tağı 2011-ci ildə naməlum şəxs tərəfindən bıçaqlanıb, bir neçə gün sonra xəstəxanada qəfildən vəfat edib. O bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsi ilə bağlamışdı.
Rafiq Tağı «Avropa və biz» publisistik yazısına görə 2006-cı ildə həbs edilmişdi. O zaman iranlı ayətullah Fazil Lənkərani onun ölümünə fətva vermişdi. Yazıçı bir qədər sonra prezident tərəfindən əfv edilmişdi.
2011-ci il noyabrın 10-da Rafiq Tağının «İran və qloballaşmanın qaçılmazlığı» adlı məqaləsi çap olunub. Noyabrın 19-da isə bıçaqlanıb.
XS
SM
MD
LG