Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:19

Svetayevanın «NKVD» bağındakı evi bərpa edilib


Marina Svetayeva
Marina Svetayeva
-
Ünlü şairə Marina Svetayevanın NKVD-nin (Xalq Daxili İşlər Komissarlığının) bağında yerləşən ev-muzeyi əsaslı təmirdən sonra yenidən açılıb. Bu bağ və ev Moskva çevrəsindəki Korolyov şəhərində yerləşir.
Xəbəri İtarTass yayıb.
Ev muzeyin bərpasına ötən ilin avqustundan başlanıb.
Bu məqsədlə bələdiyyə və vilayət büdcəsindən 31 milyon rubl (təxminən 242 min manat) ayrıldığı deyilir.
Xəbərdə bildirilir ki, muzeyin ətrafında şairənin gəzdiyi baxımsız bağça da qaydaya salınıb.
Xatırladaq ki, bu ilin martında Moskva rəhbərliyi sakinlərin tələbi ilə muzeyin qonşuluğunda tikilən 22 mərtəbəli binanın 5 mərtəbəsini ixtisara salmağa məcbur qalmışdı.
Marina Svetaeva burada – NKVD-nin bağında cəmi 5 ay – 1939-cu ilin iyunundan noyabrınadək Fransadan- mühacirətdən qayıdandan sonra yaşayıb.
Svetaeva əri Sergey Efron və qızı Ariadna tutulandan sonra buranı tərk edib.
İkinci Dünya Müharibəsi başlayandan sonra şairə oğlu Georgi ilə birlikdə evakuasiya olunub və 1941-ci il avqustun 31-də özünü öldürüb.
O, yazdığı son qeyddə oğlundan onu bağışlamasını istəyib və bu hərəkətini «ağır xəstə olması», «həyatının dalana dirənməsi» və «daha yaşamaq istəməməsi» ilə əsaslandırıb.
Muzeydə Marina Svetayevanın ailəsinə və özünə məxsus əşyaları, məktub və əlyazmaları, fotoları və sağlığında çıxan kitabları qorunur.
Hər il düzənlənən «Svetayeva bayramları» ilə yanaşı, burada yaradıcı görüşlər də keçirilir.
XS
SM
MD
LG