Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:25

800-ə yaxın şagird buraxılış imtahanlarından azad edilib


TQDK
TQDK
-

İyunun 10-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə TQDK-nın saytında məlumat verilib.

Məlumata görə, iyunun 7-də keçirilən 9-cu və 11-ci buraxılış siniflərin imtahanının nəticələri artıq TQDK-nın saytında yerləşdirilib.

İmtahanda IX sinif üzrə 32 mindən çox, XI sinif üzrə isə 24 minə yaxın şagird iştirak edib.

TQDK-nın məlumatına görə, sağlamlıq imkanları məhdud olan uşaqların təhsil aldığı 10 internat məktəbin şagirdləri buraxılış imtahanından azad ediliblər. O cümlədən, ölkənin müxtəlif orta məktəblərdə təhsil almış 800-ə yaxın 9 və 11-ci sinif şagirdi də sağlamlıq imkanlarının məhdudluğu səbəbi ilə buraxılış imtahanlarından azad edib.
XS
SM
MD
LG