Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:29

AB Azərbaycanda ifadə azadlığı ilə bağlı məsələlərdən narahatdır


Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Štefan Füle və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton
Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Štefan Füle və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton
-
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton və Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Štefan Füle Azərbaycanda internetdə böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb olunma qərarından təəssüfləndiklərini bildirirlər:
«Ali nümayəndə və Komissar internetdə təhqir və böhtana görə cəzaların tətbiq edilməsi üçün Cinayət Məcəlləsində edilən son dəyişikliklərdən təsüfləndiklərini bildirirlər. AB Azərbaycanda ifadə azadlığı ilə baglı məsələlərdən narahatdır. Demokratik seçki mühitinin yaxşılaşdırılması öhdəliyini götürən Azərbaycan üçün 2013-cü il önəmli seçki ilidir. Demokratik rəqabət üçün açıq platformanın yaradılmasında ilkin şərtlərdən biri ictimai medianın bütün formalarında ifadə azadlığının olmasıdır. AB dəfələrlə ifadə edib ki, kriminal deffamasiya qanunları əksdir.
Sivil vasitələr ədliyyəyə (ədalət, hüquqa) icazə verir ki, təhqir və böhtan hallarında beynəlxalq standartlarda və təcrübədə olduğu kimi şəffaf və effektiv olsun. Bunu təcrübələr tələb edir.
Ali nümayəndə və Komissar Azərbaycan rəsmilərini plüralistik debatlar üçün açıq məkan yaratmağa və könüllü razılaşdıqları beynəlxalq öhdəliklərə əməl etməyə səsləyirlər».

İyunun 3-də Azərbaycan prezidenti internetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan və parlamentin qəbul etdiyi qanun dəyişikliyini imzalayaraq onu təsdiqləyib. Bu dəyişikliklərdən sonra internetdə təhqir və böhtana görə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə cinayət işi açmaqla həmin şəxsləri 3 ilədək həbs cəzası gözləyə bilər.
XS
SM
MD
LG