Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:47

«Neft lənəti»nin cazibəsi [Video]


Bakıda keçirilən 20-ci Neft və Qaz sərgisi
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00
-
Dünyanın 28 ölkəsindən 350-dən çox şirkət Bakıda «20-ci Xəzər Neft-Qaz Sərgisi»nə toplaşıb. Almaniya, Çin, Rusiya, Türkiyə, Böyük Britaniya və digər ölkələrin şirkətləri Bakıya öz məhsullarını sərgiləmək üçün gəliblər. Sərgi iyunun 7-dək davam edəcək.

«BU SƏRGİ HAQDA EŞİDƏN KİMİ...»

Bakıda 6 aydır öz nümayəndəliyini açan «HYTORC» Almaniya-ABŞ birgə müəssisəsinin əməkdaşı Vüsal Xəlilov deyir ki, sərgi barədə eşidincə, yer götürərək məhsullarını göstərmək qərarına gəliblər:

««HYTORC» şirkəti, əsasən, bolt və qayka açarlarının istehsalı ilə məşğuldur. Bu gün saat 12-dək, yəni prezident burada olduğu müddətdə sərgiyə gələnlər elə də çox deyildi. Amma saat 12-dən sonra gələnlərin sayı çoxaldı. Məhsullarımızla maraqlanır, üstünlüklərini öyrənirlər. Gələnlər, əsasən, yerli şirkətlərin nümayəndələridir. Daha sonrakı günlərdə maraqlananların sayının artacağına ümid edirik».

İŞTİRAKÇILARIN 70 FAİZİ XARİCİ ŞİRKƏTLƏRDİR

Tamam Bayatlı
Tamam Bayatlı
«20-ci Xəzər Neft-Qaz Sərgisi»nə qatılan 380 şirkətdən 114-ü yerli şirkətlərdir. Sərgiyə sponsorluq edən 20 şirkət arasında Azərbaycan Dövlət Neft Şirkəti, «BP Azərbaycan» və «Statoil» da var.

Sponsorlardan biri – «BP Azərbaycan»ın ictimaiyyətlə əlaqələndiricisi Tamam Bayatlı deyir ki, sərgidə sahibkarlara əlavə imkanlar yaradılıb:

«Onlar bu sərgidən yararlanıb xarici tərəfdaş və alıcılarla əlaqə qura bilərlər. Bir sözlə, yerli təşkilatların xarici bazara çıxmasına imkan yaradılıb».

Tamam Bayatlı əlavə edir ki, BP-nin gələcəkdə Azərbaycanda böyük layihə və planları var. Onun dediyinə görə, BP 2013-cü ilin sonlarında «Şahdəniz-2» layihəsinə yekun investisiya qərarını verəcək.

Azərbaycan Dövlət Neft Akademiyasının dağ-mədən mühəndisliyi fakültəsinin ikinci kurs tələbəsi Mirzə Cəfərov sərgi stendlərinin qarşısında dayanaraq məlumat toplayır. İxtisasca neftçi olmasa da, dediyinə görə, onu buraya sərgiyə marağı gətirib:
Mirzə Cəfərov
Mirzə Cəfərov
«Düzdür, sərgidə mənim ixtisasıma uyğun stend yoxdur. Amma hər halda xarici və yerli şirkətlər haqda məlumat əldə edə bilmək, məhsullarla tanış olmaq üçün burdayam. Hələ ki, maraqlıdır mənə».

«AZƏRBAYCAN QAZ ÖLKƏSİNƏ ÇEVRİLİB»

«17 il əvvəl «Şahdəniz» layihəsinə imza atmaqla Azərbaycan qaz ölkəsinə çevrilib» – Sərginin açılışında prezident İlham Əliyevin söylədiyi sözlərdir. O bildirib ki, Azərbaycanın gözəl beynəlxalq əməkdaşlıq təcrübəsi var və ölkədə investisiya iqlimi yaradılıb. İlham Əliyev giriş nitqində onu da vurğulayıb ki, bəziləri Azərbaycanı «holland sindromu»nun, «neft lənəti»nin gözlədiyini desə də, bunların heç biri baş verməyib.

«20-ci Xəzər Neft-Qaz Sərgisi»nə qatılanlar tədbirə xüsusi hazırlaşdıqlarını dilə gətirirlər. Stendlərin fərqli və cəlbedici görünüşü diqqət çəkir. Hər stendin önündə dayanan şirkətin nümayəndəsi ziyarətçilərə ətraflı məlumatlar verir və onların suallarını cavablayır.

İlham Əliyev
İlham Əliyev
Dövlət Neft Şirkətinin tanıtım maketi sərgidə ayrıca diqqət çəkirdi. Bu maketdə 2018-ci ildə Azərbaycan qazının Avropaya necə çatdırılacağı diqqətə yetirilirdi.

«AVROPANIN DA GÖZLƏNTİSİ VAR»

İyunun 5-də sərgi çərçivəsində «Neft və Qaz, Neftayırma və Neft kimyası» mövzusunda konfrans da keçiriləcək. 600 nümayəndənin qatılacağı konfransda 50-dən çox məruzə səslənəcək.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban «20-ci Neft-Qaz Sərgisi»ni indiyədək keçirilən ən uğurlu və cəlbedici sərgi sayır. Onun fikrincə, bu, hazırda Azərbaycan neftinin dünyada özəl yer tutması ilə bağlıdır:

«Azərbaycan bu il çox böyük qaz layihələrinin astanasındadır. Həm bölgədə, həm də Qərbdə Azərbaycan qazına olduqca böyük maraq var. Ötənilki konfrans elə də maraqlı keçməmişdi.
İlham Şaban
İlham Şaban
Amma bu il 50 məruzəçini dinləmək üçün 500-dən çox izləyici müraciət edib. Bu, çox böyük maraqdır. Azərbaycan öz seçimini edir. Azərbaycan qazı ilə bağlı Avropanın da gözləntisi var».

İlham Şabanın dediyinə görə, bugünkü sərgidə əldə etdiyi məlumatlar bir jurnalist və ekspert kimi, azı bir ay ona bəs edəcək:

«Bunun üstünə sabahkı – iyunun 5-dəki məruzələri də gələndə, sərginin həqiqi önəm dərəcəsini anlaya bilirsən».
XS
SM
MD
LG