Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:28

Nobel Mükafatının qısa siyahısı bəlli oldu


Haruki Murakami
Haruki Murakami
-

“İsveç Akademiyasının Daimi Katibliyindən verilən məlumata görə, 2013-cü il üzrə Nobel Mükafatına iddialılar arasından 5 namizəd seçilib.”

İsveç Akademiyasının “Twitter”də yaydığı bu xəbər şayiələrə, təxminlərə, gümanlara yol açıb.

“Nobel”in qaydalarına görə, namizədlərin kimliyi açıqlana bilməz (bu, yalnız 50 ildən sonra edilə bilər).

Yazar Alison Flood da Britaniyanın “Guardian” qəzetinin “kitab bloqu” bölümündə mətbuatda dolaşan həmin təxminlərdən yazır.

Bəlkə Philip Roth?

Alison Flood-a görə, düzdür, 80 yaşlı amerikan yazıçısı son vaxtlar ortaya heç nə qoymayıb. Amma bilmək olmaz, 1962-ci ildə Steinbeck-ə “Nobel” veriləndə də o, ən yaxşı əsərlərini çoxdan yazmışdı.

Bəlkə Afrikadan kimsə?

Məsələn, Somali yazıçısı Nuruddin Farah, yaxud Keniyadan olan Ngũgĩ wa Thiong'o.

Onlar öz qitələrində məşhurdurlar.

Üstəlik də görkəmli Nigeriya romançısı, şairi Chinua Achebe-nin ölümündən sonra (Achebe-yə “Nobel” verilməməsini bəziləri ədalətsiz sayır) qitənin potensial namizədləri onlar sayıla bilər.

Yapon yazıçısı Haruki Murakaminin adı bu il də əsas namizədlərdən biri kimi hallandırılır.

Amerika yazıçısı Don DeLillo-nun da şanslı olmasından danışanlar var. Bəlkə “şeytanın qıçı”nı o qıracaq və uzun fasilədən sonra Amerikaya “Ədəbiyyat Nobeli” qazandıracaq.

“Sizcə, o 5 namizəd kimdir? Biz qalibin kimliyini oktyabrda biləcəyik, amma beşliyə düşənlərin kimliyini bilmək üçün 50 il gözləməliyik… ona görə də gümanlarınızı deyin gəlsin” – deyə bloq müəllifi oxuculara müraciət edir.
XS
SM
MD
LG