Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:19

Azərbaycan hökuməti beynəlxalq QHT-ləri qrant müsabiqəsinə dəvət edir


Azərbaycan manatı
Azərbaycan manatı
-


Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası xarici QHT-lər üçün qrant müsabiqəsi elan edib.

Müsabiqəyə təqdim olunacaq layihələrin maksimum büdcəsi 100 min manat olmalıdır.

Müsabiqəyə aşağıdakı mövzularda layihələr qəbul olunur:

Fundamental insan haqları və azadlıqları, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı mübarizə, sülh və regional münaqişələrin mənfi nəticələrinin (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baxımından) təhlükəsizliyi və azaldılması, ölkələr, eləcə də vətəndaş cəmiyyətləri arasında uğurlu əməkdaşlıq üçün mədəniyyətlərarası dialoqun gücləndirilməsi, Avropa və ABŞ-da Xocalı faciəsinin tanıdılması.

Bir layihənin müddəti 12 aya qədər olmalıdır. Ərizələrin qəbulu 20 maydan 1 iyuna kimidir.

Prezident İlham Əliyev mayın 1-də yerli və xarici QHT-lər üçün qrant müsabiqəsinə ümumilikdə 5 milyon manat vəsait ayrılması ilə bağlı sərəncam verib.

QHT-lərə Dövlət Dəstəyi Şurası 2008-ci ildən bəri 2 minə qədər yerli QHT-yə ümumilikdə 12 milyon avro məbləğində qrant ayırıb.
XS
SM
MD
LG