Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:29

Nərimanovun muzeyi əsaslı təmirdən sonra yenidən açıldı


Nəriman Nərimanov həyat yoldaşı ilə
Nəriman Nərimanov həyat yoldaşı ilə
-
Nəriman Nərimanovun Bakının İstiqlaliyyət küçəsində yerləşən xatirə muzeyi əsaslı təmir və bədii tərtibat işlərindən sonra yenidən açılıb.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, yeni ekspozisiyada N.Nərimanovun həyat və fəaliyyətinin bütün dövrləri əhatə olunub, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin işıqlandırılmasına xüsusi diqqət yetirilib.

Açılış mərasimində çıxış edən muzeyin direktoru Kamilə Hüseynova ötən müddətdə muzeyin ekspozisiyasının zənginləşdiyini bildirib:

«Muzeyə yeni eksponatlar almışıq. Elə bu günlərdə rəssam Oqtay Şıxəliyevin 1975-ci ildə çəkdiyi N.Nərimanov portreti onun ailəsi tərəfindən muzeyə təhvil verilib. Yeni ekspozisiyada eksponatlar üç dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunur».

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev xatirə muzeyinin əsaslı təmirdən sonra yenilənmiş ekspozisiyalarının açılışını əlamətdar hadisə kimi dəyərləndirib və
Əbülfəs Qarayev
Əbülfəs Qarayev
N.Nərimanov kimi şəxsiyyətlərə, böyük dövlət xadimlərinə hörmətin xalqın böyüklüyündən xəbər verdiyini vurğulayıb:

«Nəriman Nərimanov haqqında ötən əsrdə, elə indi də müxtəlif fikirlər mövcuddur. Ancaq, hər şeydən əvvəl, biz N.Nərimanovu düşünərkən, o dövrü də yada salmalıyıq. O, nə edibsə, Azərbaycanın xoşbəxt gələcəyi üçün edib. Amma sovet ideologiyası çərçivəsindən kənara çıxa bilməyib. Ona Azərbaycan haqqında düşündüklərini həyata keçirməyə imkan verməyiblər. Son anda vəzifədən uzaqlaşdırılıb».

NƏRİMAN NƏRİMANOVUN LENİNƏ MƏKTUBU

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı N.Nərimanovun gəncliyində böyük mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən diqqət və qayğı gördüyünü xatırladıb və Tağıyev haqqında kitabı muzeyə hədiyyə edib.

Yaqub Mahmudov
Yaqub Mahmudov
AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, bu görkəmli şəxsiyyətin ev-muzeyinin belə gözəl tərtibatı tarixə işıq tutmaqdır:

«Xalq o zaman yaşayır ki, şəxsiyyətlərini qiymətləndirir. Ancaq N.Nərimanov kimi tarixi bir şəxsiyyətimizi gənclərimiz yaxşı tanımır. Bu yolda çox işlər görməliyik. O, 1920-ci illərdə xalqımızın başına gətirilən müsibətlərə cavab olaraq V.İ.Leninə məktub yazıb. Deyib ki, siz Azərbaycanı sarkisyanların, mikoyanların əli ilə idarə etmək istəyirsiniz?! N.Nərimanov Azərbaycan xalqının düşmənləri ilə çox çətin mübarizə aparıb. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi görkəmli hərbçilərimizi mənfur ermənilərin əlindən alıb və qoruyub. Onun açıq mübarizəsi düşmənləri xoflandırıb və qorxuya salıb. Çox keçmir, vəzifədən uzaqlaşdırılır. Moskvaya aparılır və orada da məhv edilir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti vaxtı onun layiqli qiyməti verildi və şəhərimizin çox gözəl bir guşəsində möhtəşəm heykəli ucaldıldı. Nankor ermənilər o vaxt bundan çox narahat oldular. Havadarlarına - Moskvaya məktub yazdılar, xalqımızın bu görkəmli şəxsiyyətini millətçi adlandırmağa cəhd göstərdilər. Amma arzuları gözlərində qaldı».

N.Nərimanovun Xatirə Muzeyi Heydər Əliyevin sərəncamı ilə 1977-ci ildə yaradılıb.
XS
SM
MD
LG