Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:21

Yolçəkənlər liman şəhərində 5-ci dəfədir aksiya keçirdilər


Lənkəranda yolçəkənlərin etirazı
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Lənkəranda yolçəkənlərin etirazı

-
LƏNKƏRAN İH AKSİYA OLMADIĞINI DEYİR

Lənkəran şəhər İcra Hakimiyyəti bildirir ki, aprelin 10-da Qafqaz LTD əməkdaşları etiraz aksiyası keçirməyiblər.

Məlumata görə, həmin gün Qafqaz LTD-nin 17 nəfər işçisi Lənkəran şəhər İcra Hakimiyyətinə gəlib, icra başçısı tərəfindən qəbul olunmalarını xahiş ediblər. İcra Başçısı da onları qəbul edib.

İşçilər mart ayı üçün əmək haqqının ödənilməsini və gələcəkdə işlə təmin olunmalarına kömək göstərilməsini istəyiblər.

Məlumatda daha sonra deyilir ki, icra başçısı Qafqaz LTD-nin rəhbərliyi ilə əlaqə saxlayıb. O işçilərin mart ayı üçün əmək haqqının yaxın günlərdə ödənilməsini, eləcə də işlər Azərinşaat MMC-yə təhvil veriləndən sonra da onların həmin təşkilatda işləməkdə davam edəcəklərini razılaşdırılıb.

İCRA BAŞÇISI AKSİYA İŞTİRAKÇILARI İLƏ GÖRÜŞÜB

Aksiya iştirakçılarını Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib.

Görüşdən çıxan aksiya iştirakçıları Azadlıq Radiosuna bildiriblər ki, başçı onlara bütün qalmış əməkhaqlarının ödəniləcəyi haqda vəd verib. Üstəlik maaşların ödənilməsinə sabahdan gec olmayaraq başlanacağını da bildirib.

LƏNKƏRANDA YOLÇƏKƏNLƏRİN AKSİYASI

Aprelin 10-da Lənkəranın Liman şəhərində etiraz aksiyası keçirilib.

Aksiyanı keçirənlər beynəlxalq İpək yolunun Lənkəranın Liman şəhərindən keçən hissəsini çəkən fəhlələr olub. Onların AzadlıqRadiosuna verdiyi məlumata görə, 4 aydır əmək haqlarını ala bilmirlər. Bundan başqa 2 aydır iş dayandırılıb.

Yolçəkənlər artıq beşinci dəfədir tikintini aparan «Qafqaz» LTD-nin qarşısında etiraz aksiyası keçirərək, əmək haqlarının verilməsini tələb edirlər.

Onlar etiraz aksiyasından sonra icra hakimiyyətinin qarşısında tələblərini səsləndirməyə yollanıblar.

«Qafqaz» LTD-nin rəsmisi AzadlıqRadiosuna deyib ki, maaşlar veriləcək. Ancaq bununla bağlı dəqiq vaxt deyə bilməyəcəyini söyləyib. O, fəhlələrin əmək kitabçalarının qaytarılması haqda tələblərinə cavab olaraq deyib ki, istənilən vaxt həmin sənəd geri verilə bilər.

Fəhlələr sonuncu dəfə aprelin 1-də etiraz aksiyası keçirmişdilər.
XS
SM
MD
LG