Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:06

Lənkəranda aksiya olub


Lənkəran
Lənkəran
-
Aprelin 1-də Lənkəranda aksiya keçirilib. Buna səbəb Liman-Boladı ərazisindən keçən beynəlxalq yolun tikintisinin dayandırılmasıdır.
Yolun tikintisində iştirak edən 70-dək işçi Qafqaz LTD şirkətinin qarşısında toplaşaraq işin dayandırılmasına etirazlarını bildiriblər. Hadisə yerində olan qəsəbə sakini Kazım Həsənovun AzadlıqRadiosuna dediyinə görə, fəhlələr 4 aydır əmək haqqı ala bilmirlər. Bundan başqa, iki aydır işlər dayanıb.
Qafqaz LTD nümayəndəsi aksiya iştirakçıları ilə görüşüb. Onlara söz verilib ki, 3 günə əmək haqları veriləcək və iş bərpa olunacaq.
Liman qəsəbə icra nümayəndəsi Bəxtiyar Səfərov ərazidə aksiya keçirilmədiyini söyləsə də, yolun tikintisinin 2 aydır dayandığını təsdiqləyib.
XS
SM
MD
LG