Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:42

İbrahim İbrahimli Naxçıvanda döyüldüyünü deyir


İbrahim İbrahimli
İbrahim İbrahimli
İcitmai Palatanın Koordinasiya Şurasının üzvü, keçmiş millət vəkili İbrahim İbrahimli aprelin 6-da Naxçıvanda zorakılığa məruz qaldığını deyir. O, başına gələnlərlə bağlı aprelin 6-da "Azadlıq” qəzetinə danışıb.

İbrahim İbrahimlinin dediyinə görə, bacısı oğlunun vəfatı ilə əlaqədar aprelin 6-da Naxçıvana gedib, Babək rayonunun Tumbul kəndində yas məclisində iştirak edib. Yas mərasimi zamanı ora gələn tanımadığı adamlar onu təxribata şəkmək istəyib.

O da yas yerində hər hansı problem olmasın deyə mağardan uzaqlaşıb.

Lakin mağarın yaxınlığında onun qarşısını bir dəstə mülki geyimli şəxs kəsərək özlərini polis və MTN-in əməkdaşları kimi təqdim edib və onu maşına oturdaraq özləri ilə aparıblar.

İbrahim İbrahimli qeyd edir ki, onu Naxçıvan şəhərinə tərəf aparıblar və şəhəri keçən kimi başına torba keçirib, Duzdağ deyilən yerə, Araz çayının kənarına apararaq döyüblər, çöldə ataraq gediblər.

O, piyada Şərur-Naxçıvan yoluna çıxıb və Naxçıvan şəhərinə qayıdıb. Bildirdiyinə görə hələ də təhlükə sovuşmayıb. Çünki basqınçılar ondan Naxçıvanı tərk etməyi tələb edirlər. Onun isə geri - Bakıya bileti apreli 7-dir.

İbrahim İbrahimli özünü yaxşı hiss etmədiyi üçün AzadlıqRadiosuna danışa bilməyəcəyini deyib.

Hələlik Nacıvanın hüquq-mühafizə orqanlarından məsələyə hər hansı münasibət öyrənmək mümükün olmayıb.
XS
SM
MD
LG