Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:42

Nardaranda 5 aprel aksiyası təxirə salındı


Nardaranda 1 aprel aksiyası
Nardaranda 1 aprel aksiyası
-
İlahiyyatçı Tale Bağırzadənin həbsini, eləcə də hicab məhbuslarının azadlığa çıxmasını tələbiylə Nardaranda etiraz aksiyası planlaşdırılır. AzadlıqRadios-unun əməkdaşı aksiya yerindən məlumat verir:

AKSİYA TƏXİRƏ SALINIB

İlhaiyyatçı Tale Bağırzadənin azad olunması tələbi ilə aprelin 5-də Nardaranda və Maştağada gözlənilən etiraz aksiyası keçirilməyəcək.
Aksiyanın keçirilməməsi haqqında qərar “Həzrət Əbülfəzl-Abbas” məscidinin axundunun çıxışından sonra verilib.

Nardaran

Nardaranda son məlumat

Your browser does not support iframes.
Bu haqda AzadlıqRadiosuna məsciddə olmuş Bakı Dirçəlişi ictimai birliyinin Maştağa şöbəsinin sədri Tahir Poladzadə məlumat verib:

“Axund Mircəfər məsciddə camaat qarşısında çıxış edib dedi ki, Tale Bağırzadənin azad olunması məsələsi müsbət həllini tapacaq. Bundan sonra aksiyanın keçirilməməsi qərara alındı”.

MƏSCİD NƏZARƏT ALTINDADIR

Hazırda Maştağa kəndində yerləşən “Həzrət Əbülfəzl-Abbas” məscidi mülki geyimli şəxslərin nəzarəti altındadır.
Maşınlar yoxlanılır. Kənddə gedən yollarda maşınların hərəkəti məhdudlaşdırılıb.
Bu haqda AzadlıqRadiosuna hazırda Maştağada olan Nardaran kəndinin sakini Rasim Əlizadə məlumat verib.
Rasim Əlizadənin sözlərinə görə, indi “Həzrət Əbülfəzl-Abbas” məscidində xütbə oxunur. Xütbədən sonra ilahiyyatçı Tale Bağırzadənin müdafiəsi ilə bağlı aksiya keçiriləcəyi gözlənilir.
Həzrət Əbülfəzl-Abbas
Həzrət Əbülfəzl-Abbas
Sabunçu rayon polis idarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildiriblər ki, hazırda Nardaranda polis əməkdaşları var. Bu da kənddə gözlənilən aksiya ilə bağlıdır. O ki qaldı Maştağadakı vəziyyətə, polis idarəsindən onlarda hər hansı məlumat olmadığını bildirdilər.

Nardaran kəndinin girişində yolun kənarında polislər var.

NARDARANDA MÜLKİ GEYİMLİ POLİSLƏR

Nardaranın girəcəyində polislər
Nardaranın girəcəyində polislər
«Hazırda kənddə mülki geyimlilər var. Kənd içində hərlənirlər. Səhər saatlarında meydana çıxmışdım. Bundan sonra Sabunçu polisindən mənə zəng edib dedilər ki, evində otur. Mən də gəlib oturmuşam».
Bunu AzadlıqRadiosuna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib.
Natiq Kərimov bildirib ki, hazırda kənd camaatı cümə namazındadır.
Aprelin 5-də Nardaranda aksiya təyin olunub. Aksiya həbsdə olan ilahiyyatçı Tale Bağırzadənin həbsinə etiraz olaraq keçiriləcəyi bildirilir.

Aprelin 1-də də Nardaranda aksiyası keçirilib.

Kənd sakinləri ilahiyyatçı Tale Bağırzadənin həbsini pisləyiblər, eləcə də hicab məhbuslarının azadlığa çıxmasını tələb ediblər. Kənd sakinləri hakimiyyəti və dövlət başçısının ünvanına da sərt fikirlər söyləyiblər.

Həmin aksiyaya polis müdaxiləsi olmamışdı.

Tale Bağırzadə narkotik maddə saxlama ittihamıyla saxlanıb.
XS
SM
MD
LG