Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:19

Vəkil: «Gülər Əhmədova özünü təqsirsiz sayır...»


Gülər Əhmədova AzadlıqRadiosunun studiosunda (2001)
Gülər Əhmədova AzadlıqRadiosunun studiosunda (2001)
-
«Gülər Əhmədova həbsdədir. Həbsdə olan insanın əhval ruhiyyəsi də təbii ki, normal ola bilməz. Ancaq özünü təqsirsiz sayır və mübarizə aparmaq əzmindədir».
Gülər Əhmədovanın vəkili Raqif Mustafayev martın 27-də onunla saxlandığı istintaq təcridxanasında görüşüb.
Vəkil AzadlıqRadiosuna deyib ki, Gülər Əhmədovanın istintaq təcridxanasının tibb hissəsində iynə-dərmanla müalicəsi davam edir. «Şəkəri, təzyiqi, ürək sıxıntıları var. Gecələr ürək tutmaları olur. Əvvəllər əməliyyat olub, ondan da əziyyət çəkir».
Vəkil deyir ki, istintaqda hər hansı yenilik yoxdur:

«İstintaq heç bir hərəkət aparmır. Sonuncu dəfə təxminən iki həftə əvvəl onun yanına istintaqçı gəlib. Onu video barədə dindirmək istəyib. Gülər Əhmədova video barədə ifadə verməkdən imtina edib. Ona görə ki, videoları sübut kim qəbul eləmir. Həm də istəyirik ki, videoların orijinalını gətirib yaysınlar. Çünki istintaq orqanındakı surətidir. Biz deyirik ki, əgər Elşad Abdullayev şikayət veribsə, gəlsin şikayətin üstündə dursun. İttihamlarını protokol qaydasında istintaqa versin ki, niyə görə bizə qarşı belə ittihamlar irəli sürüb. Biz də ona cavab verək».

Gülər Əhmədova hazırda dələduzluq ittihamı ilə həbsdədir. Keçmiş universitet rektoru Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar tələb etməkdə təqsirləndirir. Buna dair video yayılandan sonra Gülər Əhmədova deputat mandatından imtina edib.
Bu il fevralın 13-də məhkəmə onun barəsində həbs qərarı seçib.
XS
SM
MD
LG