Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:38

Azərbaycan və Ermənistan ordularının qrafik müqayisəsi


Arxiv foto. Bakıda hərbi parad. 26 iyun 2011-ci il.
Arxiv foto. Bakıda hərbi parad. 26 iyun 2011-ci il.

-

AZƏRBAYCAN ORDUSUNDA RUH YÜKSƏKLİYİ ZƏİFDİR?

Britaniyadakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun qənaətinə görə, Azərbaycan silahlı qüvvələrə böyük məbləğdə investisiya qoysa da, orduda ruh yüksəkliyi hələlik aşağı səviyyədədir.

Bunlar təşkilatın yeni yayılan və dünyanın 171 ölkəsini əhatə edən «Hərbi Balans 2013» hesabatında yazılır.

Sənədin Azərbaycandan bəhs edən hissəsində qeyd edilir ki, bu ölkə öz ordusunu taktiki və əməliyyat sarıdan möhkəmləndirir.

Bakı hərbi sahədə islahatlar, orduya çağırış sistemini yeniləməklə 2014-cü ilə qədər özünün hərbi hazırlığını yüksək səviyyəyə gətirmək üçün strategiya həyata keçirir::


«Amma ekspertlər hesab edirlər ki, təmas xətti boyunca texniki təchizat, təlim yetərsizliyi, intizamsızlıq və birliklər arasında əlaqələrin zəifliyinə görə Azərbaycan silahlı qüvvələrində əhval-ruhiyyə o qədər də yaxşı deyil.

Ermənistan silahlı qüvvələrində isə əsas diqqət peşəkar zabitlərin sayının artırılmasına, təchizat səviyyəsinin yüksəldilməsinə yönəlib. Yerevan təkcə orduda ciddi struktur dəyişiklikləri aparmır. O, həm də hərbçilərin imkanlarının artırılması, nizamnamədən kənar davranışların azaldılması, intizamın və liderlik standartlarının yüksəldilməsi, ordunun nüfuzunun cəmiyyətdə yüksəldilməsi üçün ciddi addımlar atır».

KORRUPSİYAYA YEM OLAN ORDU BÜDCƏSİ...

Sənəd müəllifləri yazırlar ki, Azərbaycan tez-tez Qarabağ münaqişəsinin həllində diplomatiya nəticə verməsə, hərbi yolu istisna etmədiyini bildirsə də, əslində, hər iki tərəfdən genişmiqyaslı toqquşma başlamaq riskləri yüksək olaraq qalır.

Hesabata görə, ümumilikdə Mərkəzi Asiya və Cənubi Qafqazda hərbi xərclərdə şəffaflığın və məsuliyyətliliyin aşağı səviyyədə olması problemi qalır. Şişirdilmiş və sirli hərbi xərclər çox böyük məbləğlərdə dövlət pullarını korrupsiya yemi edir. Bu da ordunun imkanlarını zəiflədir:


«Bəzi hallarda hökumətlər hərbi xərcləri həm də siyasi alət kimi istifadə edirlər. Bu da müdafiə xərcləri sahəsində miflərin yaranmasına səbəb olur. Buna misal olaraq, Azərbaycanı göstərmək olar».

ERMƏNİSTANIN HAVADAN MÜDAFİƏ SİSTEMİ QARABAĞDA HƏRBİ ƏMƏLİYYATI BAKI ÜÇÜN ÇOX RİSKLİ EDİR

Hesabatda qeyd edilir ki, erməni qüvvələri qoşunların təmas xəttində Azərbaycanın pilotsuz təyyarələrinin fəallığının artdığını bildirirlər. Xaricdən aldığı belə avadanlıqlar hesabına Azərbaycan uzunmüddətli planda yaxşı bir hərbi hava qüvvələrinə sahib ola bilər:

«Bakı keçmiş sovetlərdən qalma sistemin və avadanlıqların yenilənməsinə də investisiya qoyur. Amma bütün bu investisiya və cəhdlərə baxmayaraq, hələ də Ermənistanın havadan müdafiə sistemlərini geridə qoya bilməyib. Ermənistanın bu sistemi Qarabağda hər hansı hərbi əməliyyatı riskli vəziyyətə gətirir».

BAKIDA BU SƏNƏDDƏ YAZILANLARA İNANAN AZDIR

Bütün bunlar Britaniyadakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun «Hərbi Balans 2013» adlı hesabatında qeyd olunanlardır.

Amma Azərbaycanda hərbçi ekspertlər bu hesabatda qeyd olunanların reallığa yaxın olmaması qənaətindədirlər. Bizimlə söhbətdə Bakıdakı ekspertlər qeyd etdilər ki, sənəddə həm Azərbaycan, həm də Ermənistan üçün göstərilən silahların, canlı qüvvənin sayı barədə rəqəmlər real vəziyyəti tam əks etdirmir.

Hər halda, bunlar da bir beynəlxalq təşkilatın meydana çıxardığı məlumatlardır. İctimai marağı nəzərə alıb hesabatda Azərbaycan və Ermənistan orduları üçün göstərilən məlumatların əsas yerlərini təqdim edirik.

Azərbaycan

Ermənistan

Əhalinin sayı

9 493 600

2 970 495

2013-cü ildə hərbi büdcəsi

3.7 milyard ABŞ dolları (təxmini)

410 milyon ABŞ dolları (təxmini)

İmkanları

Silahlı qüvvələri sovet modelindən çıxarmaqla yanaşı, müdafiə sahəsinə xərclərin artırılması daha yaxşı hərbi avadanlıqlar əldə etməyə imkan verib. Neft gəlirləri hərbi təchizatı yaxşılaşdırmağa, S-300 kimi raketlərdən müdafiə sistemləri almağa şərait yaradıb. Amma hələlik bu cür müasir sistemlərin konkret əməliyyatlarda nə qədər effektiv istifadə oluna bilməsi sual altındadır.

Ordu hələ də çağırışçılar hesabına formalaşdırlır. Bəzi birliklərin hazırlıq səviyyəsində aşkar problemlər var.

NATO ilə müdafiə sahəsində əməkdaşlıq edir, xüsusilə Türkiyə ilə sıx əlaqələri var. ABŞ da Xəzərdə hərbi dəniz qüvvələrinin gücləndirilməsində Bakıya dəstək verir.

Hərbi hava qüvvələrində təlim və təchizat sarıdan problemlər var.

Silahlı qüvvələr ölkə xaricində hər hansı əməliyyatı mütəşəkkil həyata keçirə bilməz.

Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistan silahlı qüvvələrinin əsas diqqəti müdafiəni möhkəmləndirməyə yönəlib.

Ölkənin hərbi hərbi doktrinasında Rusiyanın təmayüllərinin təsiri çox güclü olsa da, Ermənistan beynəlxalq sülhyaratma missiyalarında da NATO ilə əməkdaşlıq edir.

Ordu çağırışçılardan təşkil edilsə də, peşəkar zabitlərin sayı artır.

Silahlı qüvvələr ümumilikdə peşəkar idarə olunur və ruh yüksəkliyi var.

Hərbi hava qüvvələri tez-tez təchizat problemləri ilə üzləşir, bu sahədə ciddi çatışmazlıqlar var. Amma Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasından hərbi hava qüvvələri sarıdan yardım ala bilir.

Müntəzəm hərbi təlimlər keçirilir.

Şəxsi heyət

66 950 nəfər (quru qoşunları 56 850, hərbi dəniz qüvvələri 2 200, hərbi-hava qüvvələri 7 900)

48 850 (quru qoşunları 45 850, hərbi-hava qüvvələri 3 000)

Hərbi xidmət müddəti

17 ay, amma quru qoşunlarında bu müddət artırıla bilər.

24 ay.

Ehtiyat

300 000
Bəzi məlumatlara görə, 300 000 nəfər 15 il ərzində hərbi xidmətə yararlı olur.

210 000
Bəzi məlumatlara görə, 210 000 nəfər 15 il ərzində hərbi xidmətə yararlı olur.

Quru qoşunları

56 850

45 850

Xüsusi qüvvələr

1 alay

Komanda

5 korpus baş qərargahı

Manevr

Mexanikləşdirilmiş 23 briqada və 1 təhlükəsizlik briqadası.

Mexanikləşdirilmiş 5 korpus və 1 müstəqil kəşfiyyat, təlim briqadası.

Döyüşə dəstək

Rabitə, mühəndis, təlim də daxil olmaqla 6 artilleriya briqadası.

Rabitə, mühəndis, havadan müdafiə də daxil olmaqla 2 briqada, 5 alay.

Xidmət

1 təchizat briqadası

Texnika

Əsas döyüş tankları – 339
Piyadaların döyüş maşını – 111
Zirehli nəqliyyat vasitəsi – 575
Artilleriya qurğusu - 458

Əsas döyüş tankları – 110
Piyadaların döyüş maşını – 104
Zirehli nəqliyyat vasitəsi – 136
Artilleriya qurğusu - 239

Bundan başqa, ordunun ixtiyarında anti-tank, raket, hava hücumundan müdafiə qurğuları, raketlər, radarlar və s. də var.

Ordunun ixtiyarında həmçinin özüyeriyən, qoşqulu artilleriya qurğuları, radar sistemləri var.

Hərbi-dəniz qüvvələri

2 200 nəfər

Patrul və sahil mühafizə gəmiləri

8

Minalara qarşı avadanlıqlar

4

Amfibiya

6

Təchizat və dəstək

2

Hərbi-hava qüvvələri

7 900 nəfər

3 000

« MiG-29» təyyarələri ilə 1 eskadrilya.

Quru hücum

«MiG-21», «Su-17» və başqa təyyarələrlə silahlı 1 alay.

«Su-25» təyyarələri ilə silahlı 1 eskadrilya.

Nəqliyyat

«An-12» , « Yak-40» təyyarələri ilə 1 eskadrilya.

Hücum və nəqliyyat vertolyotları

«Mi-8» , « Mi-24» , « Mi-2» vertolyotları ilə 1 alay.

Təyyarələr

44 döyüş qabiliyyətli təyyarə

15 döyüş qabiliyyətli təyyarə, o cümlədən 31 kiçik təyyarə

Vertolyotlar

66

31

Hərbi hava qüvvələrinin ehtiyatında pilotsuz təyyarələr, yer-hava tipli raketlər, hava hücumundan müdafiə qurğuları və s var.

Yarımhərbi birliklər

15 000

6 694

Xaricdə əsgər yerləşdirmə

Qoşunların xarici məkanlara yerləşdirilməsi: Prezidentin təklifi ilə parlamentin qərarı əsasında.

«Ermənistan Respublikasının Müdafiəsi haqqında» qanuna görə, prezident xaricdə hərbi qüvvələrdən istifadə haqqında qərar verir və parlament də onu təsdiq edir.

Xaricdə sülhməramlı qüvvələr

Əfqanıstanda NATO qüvvələrinin tərkibində - 94 nəfər.

Əfqanıstanda NATO qüvvələrinin tərkibində - 126 nəfər.

Serbiyada 35 nəfər.

Ölkədə xarici qüvvələr

Gümrüdə Rusiyanın 3 303 nəfərlik hərbi bazası, Yerevanda hərbi hava qüvvələri yerləşir. Bu hərbi-hava bazasının 18 «MiG-29» təyyarəsi, S-300 raketdən müdafiə sistemləri və SA-6 tipli raketdən müdafiə sistemləri var.

İlkin ehtimallara görə özünü müstəqil elan etmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni qüvvələrinin sayı aşağıdakı kimidir:

Heyət: 18-20 min nəfər,

Əsas döyüş tankları: 200-300 ədəd,

Zirehli döyüş maşınları və artilleriya qurğuları: 200 -300 ədəd,

Döyüş təyyarələri: az sayda köhnə təyyarələr

XS
SM
MD
LG