Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:46

Türkan Şoray: «Sənətin ən böyük əngəli senzuradır»


Türkan Şoray
Türkan Şoray
-
O - «Türk kinosunun Sultanı» Zonquldağdakı Atatürk Mədəniyyət Mərkəzində keçirilən görüşdə belə deyib.

Ölkə mediasında yayılan xəbərə görə, Türkan Şoray bildirib ki, ssenarisini Osman Şahinin yazdığı bir filmə yenidən rejissorluq etməyi düşünür:

«İndi daha gözəl film çəkmək imkanı var. Nədən? Çünki senzura yoxdur. Biz illərcə «buranı çəkməyək, senzura imkan verməz» qorxusuyla filmlər çəkdik. Senzorun ilişmədiyi filmlərin bənzərləri çəkilirdi ki, yatırımçıların pulu batmasın. Beləcə, yaradıcılığımız çox əngəllənirdi. Sənətin ən böyük əngəli senzuradır».
XS
SM
MD
LG