Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:44

ANS: “Brest qalası” nə böyük filmdir ki, biz ondan oğurluq edək (Video)


"Xoca" filmindən kadr
"Xoca" filmindən kadr
-

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin çəkdiyi “Xoca” filminin plagiat olduğunu iddia edən video material yayılıb. Həmin videogörüntüdə 2010-cu ildə lentə alınmış “Brest qalası” filmindəki bir neçə epizodun “Xoca”da eynilə təkrarlandığı görünür. Bu səhnələrin rejissor həlli tamamilə eynilik təşkil edir.

Sosial şəbəkələrdə “Yeni Müsavat” qəzetinin adından yayılmış bu videomateriala ANS Şirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mayis Məmmədovun münasibətini öyrəndik.

Mais Məmmədov Lent.az-a açıqlamasında deyilənlərlə razılaşmayıb və plagiatla bağlı fikirləri qəbul etmədiyini bildirib.

O, bildirib ki, həm “Brest qalası” filmini, həm də “Xoca”nı dəfələrlə izləyib və heç bir oxşarlıq görmür: “Mən “Xoca” filminin çəkilişləriniz izləmişəm. Vahid Mustafayev dəfələrlə Xocalı sakinlərini çağırıb soruşurdu. Onların dili ilə həmin gecə nələr baş verənlərin xəritəsini çəkmişdi. Çox əzabla bir film ərsəyə gəldi. İki filmdə bir-birinə bənzər süjetlərin olmasına plagiat demək jurnalist etikasından uzaqdır. Biz bu cür ittihamları qərəzli sayırıq. Burada heç bir plagiatdan söhbət gedə bilməz. Əgər Vahid Mustafayev plagiat etmək fikrinə düşsə idi, amerikalıların çəkdikləri döyüş filmlərindən istifadə edərdi. “Brest qalası” nə böyük filmdir ki, biz ondan oğurluq edək. Mən bir çox filmlərdəki kadrları başqa filmlərdəki ilə bənzədə bilərəm. Bütün filmlərdə bu cür oxşarlıqlar ola bilər. Baxdığımız hər filmdə öpüş səhnələri var. O demək deyil ki, hamı bir-birindən götürüb. Bir-birimizə pislik etmək adətimizdir. Əksinə, yazın ki, nə gözəl film çəkilib”.

Qeyd edək ki, filmin rejissoru ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, filmin baş prodüseri, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevdir. Filmin çəkilişlərində 2 minə yaxın insan iştirak edib. Sözügedən film “Bakıfilm” kinostudiyasının və Çingiz Mustafayev Fondunun maliyyəsi ilə çəkilməyə başlasa da, sonradan ölkə prezidentinin sərəncamı ilə filmin hazırlanmasına maliyyə vəsaiti ayrılıb.

525.az

Plagiat ittihamı Youtube-da yayılıb:
XS
SM
MD
LG