Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:20

Şirməmməd Hüseynov Qan Turalıya: «Sən Rəsulzadəni söyənlərin ruporusan» (Debat)


Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov
-

Qan Turalı: "Məhəmməd Əminin Hitlerlə əməkdaşlığına heç cür bəraət qazandırmaq olmaz. Bu, Azərbaycan tarixinin qara ləkələrindən biridir".


Örnək şəxsiyyətləri insan kimi tanıyırıqmı? Onlar ideallaşdırılırmı?

“Pen klub” proqramında bu suala cavab axtardılar: Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, professor Şirməmməd Hüseynov, yazar Mehriban Vəzir, filosof Niyazi Mehdi və “kulis.az” saytının redaktoru Qan Turalı.



“BU, RƏSULZADƏNİ AŞAĞILAMAQ ÜÇÜN ATILAN BÖHTANDIR”

Şahnaz B:

- Dinləyici sizə yazır: “Rəsulzadə Hitlerlə əməkdaşlıq edib. Bu haqda Şirməmməd müəllim nə düşünür? Faşizmin canisi ilə əməkdaşlıq etmək olarmı?”

Şirməmməd H:

- Bilirsiz nə var, bu Məhəmməd Əmin Rəsulzadəni aşağılamaq üçün ortaya atılan bir bəhanədir, iftiradır. Rəsulzadə faşistlərlə əməkdaşlıq etməyib, o ideyanı bölüşməyib. O əsirlikdəki 150 mindən artıq insanın Sibirə göndərilməməsi, güllələnməməsi üçün çalışıb. Rəsulzadənin Hitlerlə görüşməsi haqda deyilənlər yalandır. Mən səfirlik vasitəsilə xüsusi araşdırmışam ki, Hitlerlə Rəsulzadə görüşüb ya yox. Yalandır, görüşməyib.

Niyazi M:

- Aydındır ki, əsirləri mühafizə etmək üçün Rəsulzadə faşist administrasiyası ilə müəyyən ünsiyyətə girməliydi. O başqa məsələ ki, bu, əməkdaşlıq səviyyəsinə qalxmayıb. Amma eyni zamanda, fakt varsa deyilməlidir, təhlil olunmalıdır.

“MƏHƏMMƏD ƏMİNİN HİTLERLƏ ƏMƏKDAŞLIĞI AZƏRBAYCAN TARİXİNƏ QARA LƏKƏDİR”

Qan Turalı:

- Biz cəmiyyət olaraq yetkin deyilik. Biz reallıqlarla yox, miflərlə yaşayırıq. Məsələn, Məhəmməd Əminin Hitlerlə əməkdaşlığına heç cür bəraət qazandırmaq olmaz. Bu, Azərbaycan tarixinin qara ləkələrindən biridir. Ancaq bunu Rəsulzadənin xidmətlərini unutmadan qeyd edirəm. Bir dəfə Şirməmməd müəllim televiziya proqramında dedi ki, Mirzə Ələkbər Sabirin “Hophopnamə” kitabını ermənilər çap ediblər. Amma bununla
Niyazi Mehdi (solda) və Qan Turalı
Niyazi Mehdi (solda) və Qan Turalı
ağlı başqa sübutlar, sənədlər var. Sadəcə, Ermənistanın Dilican bölgəsində azərbaycanlı və erməni müəllimlər tamaşa qoyublar. Kitabın çapı ilə bağlı pulun bir hissəsi ordan yığılıb. Ermənilər o kitabı çap etməyiblər.

Şirməmməd H:

- A kişi, yalan danışma. Sabirin əsərlərini ermənilər çap ediblər. Niyə yalan danışırsan? Özündən şeylər düzəldirsən. 1912-ci ildə “Hophopnamə”nin girişində Abbas Səhhət nə yazıb? Xəbərin yoxdur. O yazırdı ki, erməni və azərbaycanlı xanımlar xüsusi gecə keçiriblər, 110 manat pul yığıblar. Abbas Səhhət də “Hophopnamə”nin birinci cildini çap edib. Sənin kimi adamlar düşüblər ortaya, bizə tarix düzəldirlər.

Qan T:

- Məni təhqir etməyin. Siz deyildiz “Füyuzat”ı kiçik burjua mətbu orqanı edən?.. Mən Abbas Zamanovun kitabından danışıram. Dünən “Fiyuzat” haqda nə deyirdiz, bu gün nə… Bolşevik mətbuatı haqda danışırdız da…

Ş.H:

- Savadı olan-olmayan ağzına gələni danışır. Özü də kimin hesabına. Sən bilirsən kim Məhəmməd Əminin əleyhinə danışır? Sən onların ruporusan. (Bu yerdə söhbətə son qoyur – red.)

“QARTALDIR, DAĞDIR, ŞİŞİRTMƏYƏ NƏ EHTİYAC VAR?”

Şahnaz B:

- Dinləyici yazır: “Öz yaradıcılığı, xalqına etdiyi xidmətlə Mirzə Cəlil elə bir zirvədədir
Mehriban Vəzir
Mehriban Vəzir
i, onun ən utancverici şəxsi keyfiyyətləri olsa da belə (hansına ki, qətiyyən inanmıram), bu keyfiyyətlər onun dahiliyinə heç cür xələl gətirə bilməz. Ona ləkə vurmaq istəyənləri isə qartala daş atmağa can atan ağılsız qarğanı təkrar etməməyə çağırıram”.

Qan T:

- Bu qartala daş atmaq nə deməkdir? Mirzə Cəlil mənim üçün böyük yazıçıdır. Ancaq qartaldır, dağdır, bu cür şişirtməyə nə ehtiyacı var?

Mehriban V:

- Mən də bu fikirdəyəm ki, insanları fövqəlbəşər élan etmək, ideallaşdırmaq lazım deyil. Qan Turalı deyir ki, Rəsulzadənin Hitlerlə əməkdaşlığına bəraət qazandırmaq olmaz. Amma mən elə düşünmürəm. Hitler hansı ideologiyanı daşıyır daşısın bizim insanlarımız onun əlindəydi və onları xilas etmək üçün Rəsulzadə ona müraciət etmişdi. Bunu alqışlayıram, bunun öyrənilməsini istəyirəm. Mən plüralizmin tərəfindəyəm, kiminsə daş-qalaq olunmasının yox.


Proqramın Cəlil Məmmədquluzadə haqda danışılan hissəsində Mehriban Vəzir böyük yazıçının qadınlara münasibətdə zəifliyinin olduğunu, kimsənin ona kimsəni etibar etmədiyini dedi, Niyazi Mehdi onunla nədə razılaşmadı, burda oxu.

DEBATI TAM ŞƏKİLDƏ İZLƏ
XS
SM
MD
LG