Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:17

Günel Eminli. Bax, o yağışların yuxusuna girmək... (Seçmə şeirlərdən)


-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.

(Münsifin seçdiyi şeir və hekayələr qarşıdakı 2 həftədə çap ediləcək)


Günel Eminli

***

Hardasa lap uzaqlarda...
Göylə yerin birləşdiyi,
Atlantın günah mələyi kimi
Səmanı çiynində daşıdığı yerdə,
Uzun uzun yağışlar yağar,
Bax, o yağışların yuxusuna girmək...

Hardasa, ağacsız, çaysız,
Çöl bir kənddə,
Çirkli pəncərəli bir evdə,
Qoca dəstəmazsız namazını qılır,
Üzünü səhv tutduğu qibləsinə,
o qocanın düz qibləsi olmaq...

Hardasa uşaq evində,
“dedovşina” ,
Yekəpər biri, özündən balacanın,
Yeməyinə tüpürüb, “bunu ye”
əmrinə verəndə,
o balacanın yekəpərə qaytardığı
yağlı söyüş olmaq...
Hardasa lap yaxınlarda,
Kasıb bir atanın,
İşıqlı vitrinli maqazindən,
Balasına oyuncaq almaq üçün,
əlini cibinə atdığında ,
pulunun çatmayan qəpiyinə dönmək...

Hardasa, hardasa,
Uzaqlarda, yaxınlarda
Uzun uzun yağışlar yağar,
O yağışların yuxusuna girmək,
Kimin üçün yağdığını bilmək,
Və ilğıma dönmək...


***


Otağın yarısı,
Gecənin ortası,
5 dəqiqə 3 saata qalmış
Sol tərəfi vücudumun sancdı,
Səni xatırladım...
Şüşənin pəncərəsinə,
Şəhərin qaranlığına,
Boş skamyaların parkına
Uzun uzadı baxış
Zillədim,
Bir quş qondu,
Səhər süpürgəçi qadınların süpürüb,
Ağacın başına yığdıqları tozun üstünə,
Oyun qurdum özüm üçün,
Quşcuğaz mən tərəfə uçsaydı,
Sən qayıdacaqdın, uçub getsəydi,
Yox,
Quşu görüm qanad qanad olsun,
Dondu ağac başında,
Pərçimlədi ayaqlarını budağa,
Dondu durdu, tərpənmədi,
oyunu pozdu,
Arzumu ürəyimdə qoydu.

Qatar relsləri uzanıblar yola,
çiçək var arasında,
Çobanyastığıdır deyəsən,
Bitib üzü günəşə sarı,
Xəbəri yox əcəldən,
Cəllad qatar,
Bir azdan,
Başın üzəcək bədəndən...
XS
SM
MD
LG