Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Siyavuş Novruzov: «Ziyalılar Forumunun dağılmasına az qalıb»


Mətbuat icmalı
Mətbuat icmalı
-


ŞAHİD 3 GÜN ZİRZƏMİDƏ SAXLANILIB

«Bizim yol» qəzeti yazır ki, Qubada 1 mart olayı ilə bağlı keçirilən məhkəmədə Rauf Həbibovun mülkləri mübahisəyə səbəb olub.

Quba hadisələrinin təşkilatçılığında ittiham olunan 6 nəfərin məhkəməsində şahid Elman Ağayev deyib ki, 3 gün Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin zirzəmisində saxlanılıb. Şahid deyib ki, idarədə ona psixoloji təzyiq göstəriblər.

Məhkəmədə şahid kimi «Regional TV»-nin baş redaktoru Vəli Şıxverdiyev də ifadə verib. Deyib ki, icra başçısı olmuş Rauf Həbibovun çıxışını «Youtube» və «Facebook»da izləyib, baxdığı videoda mitinqə çağırış olmayıb. Vəkil şahiddən icra başçısının əmlakının siyahısı verilən videoya baxıb-baxmadığını soruşanda Rauf Həbibovun nümayəndəsi suala etiraz edib. Deyib ki, bunun məsələyə aidiyyatı yoxdur. Vəkil də bildirib ki, «aidiyyatı yoxdursa, onda Zakir Məmmədov niyə müttəhimlər kürsüsündə oturur? Müdafiə etdiyim şəxs Rauf Həbibovun əmlakını yazıb, payladığına görə ittiham olunur».

ZİYALILAR FORUMUNUN DAĞILMASINA AZ QALIB

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun bu fikirlərini «Yeni Azərbaycan» qəzeti dərc edib.

Siyavuş Novruzov deyib ki, «indi də Forumun bir üzvü Eldar Namazov bir hərəkat yaradır və prezidentliyə namizəd olmaq istəyir, digər üzvü Rafiq Əliyev isə Forumun siyasətdən kənar olmasından danışır. Bu necə birlikdir? Deməli, o forumdakılar öz əməllərinə cavabdeh deyillər və bu birliyin dağılmasına az qalıb».

«EL» HƏRƏKATI MARTDA ELAN EDİLƏCƏK

Bunu «Yeni Müsavat» qəzetinə müsahibəsində Ziyalılar Forumunun üzvü Eldar Namazov deyib. Eldar Zeynalov ictimai-siyasi qurumlarla bağlı danışıqlar haqda deyib ki, «hərəkat rəsmən elan olunmadan əməkdaşlıq haqqında danışıqlar aparmaq bir qədər tezdir. Bu başdan deyə bilərəm ki, bizim üçün bir neçə vacib prinsiplər var, biz işçi qrup olaraq onları özümüz üçün müəyyənləşdirmişik. Bir məqamı da xüsusi vurğulamaq istəyirəm – «EL» hərəkatını Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyov elan etdiyindən, bir çoxları «EL» hərəkatı ilə Ziyalılar Forumunu qarışdırır. Ancaq hər kəs bilməlidir ki, «EL» hərəkatı müstəqil, yeni hərəkatdır. Təşkilatı işlərlə mən məşğul oluram. İşçi qrupun, eləcə də hərəkatın yaradılmasına yardım edənlər sırasında Ziyalılar Forumunda təmsil olunan şəxslərlə yanaşı, digər qurumların nümayəndələri, eləcə də indiyə qədər heç bir təşkilatda təmsil olunmayan şəxslər də var».

AVROPA KASIBA NECƏ BAXIR, AZƏRBAYCAN NECƏ?

«Azadlıq» qəzeti yazır ki, Avropada təqaüdçülərin aldığı məvacib onların nəinki ölkə daxilində, hətta ölkə xaricində də istirahətinə imkan verir.

Azadlıq qəzeti yazır ki, «Azərbaycanda orta pensiya 140-150 manatdır. Onlar üçün əlavə heç bir imtiyaz nəzərdə tutulmur. Niderlandda pensiyaçılar gəlir vergisindən azaddır. Bu ölkədə pensiya əmək haqqının 97 faizini təşkil edir. Hazırda iqtisadi durumu ürəkaçan olmayan Yunanıstanda da bu sahədə vəziyyət xeyli yaxşıdır. Bu ölkədə pensiyalar əmək haqqı qədərdir. Danimarkada orta aylıq pensiya 2800, Finlandiyada 1900, Almaniyada 1200, İspaniyada 1200, Böyük Britaniyada 700, Fransada 700, İtaliyada 560, Macarıstanda 400, Polşada 380, Litvada 300, Bolqarıstanda 280 dollardan az ola bilməz. Bundan başqa aztəminatlı ailələrə ev təsərrüfatı yaratmağa yardım edilir, çoxuşaqlı ailələrin uşaqlarını təhsil haqqını dövlət ödəyir, tibbi sığorta var».
XS
SM
MD
LG