Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:16

Kim şəffaf, kim dumanlı?


Çingiz Qənizadə
Çingiz Qənizadə
-
Fevralın 15-də Milli Məclis «Qrant», «QHT-lər», «Dini qurumların fəaliyyəti haqqında» qanunlara və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikləri qəbul edib.

3 deputat sənədin əleyhinə səs verib. Qalan deputatlar sənədi bəyəniblər.

Dəyişikliklərə görə, bundan sonra qrant alan şəxslər müqavilə və qərarların surətini vaxtında Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidirlər. Əks halda, həmin şəxsləri 1500 manatdan 7 min manatadək cərimə gözləyir. Dəyişikliklərin təşəbbüsçülərindən olan Çingiz Qənizadə bunun şəffaflığa xidmət etdiyini deyir:

«Pul alırsansa, dövlət o pulu nəyə xərclədiyini bilmək istəyəcək. Biz terrorizmin maliyyələşdirilməsi, «çirkli pullar»ın yuyulması ilə bağlı beynəlxalq öhdəliklərə qoşulmuşuq. İndi İrandan gələn pula necə nəzarət edək? Qoy şəffaflıq olsun, QHT-lərin fəaliyyəti də bilinsin. Siz jurnalistlər də bilməlisiniz ki, tutalım, mən ildə neçə dəfə qrant almışam və nəyə xərcləmişəm. Söhbət bundan gedir. Qadağan olunan heç bir şey yoxdur. Söhbət hesabat və şəffaflıqdan gedir».

Çingiz Qənizadəyə görə, qanuna dəyişiklik qeydiyyatsız QHT-lərin fəaliyyətini çətinləşdirəcək.

«ƏVVƏLCƏ QEYDİYYAT PROSEDURUNU ASANLAŞDIRSINLAR»

Dəyişikliklər qeyri-hökumət təşkilatlarının üzərinə yeni tələblər qoyur. «Qrant haqqında», «QHT-lər və ictimai birliklər haqqında», «Dini qurumların fəaliyyəti haqqında» qanunlara edilən dəyişiklərə görə, ictimai birliklərə, fondlara, dini qurumlara ianə və ya
Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev
qrant şəklində verilən pullar mütləq bank hesabına köçürülməli və bu haqda vaxtında ədliyyə və maliyyə qurumlarına hesabat verilməlidir. 200 manatdan çox ianələr qeydiyyata alınmalıdır. Bu tələblərə əməl etməyən QHT-lər 1500 manatdan 15 min manatadək cərimələnəcək.

Layihənin əleyhinə səs verən deputat Qüdrət Həsənquliyevə görə, Ədliyyə Nazirliyi QHT-lərin qeydiyyat prosedurunu asanlaşdırmayınca, bənzər dəyişiklikləri qəbul etmək düzgün deyil. Deputat hesab edir ki, ya bu dəyişikliklər indi qəbul edilməməlidir, ya da QHT-lərin qeydiyyatı sadələşdirilməlidir.

60-dək QHT nümayəndəsi deputatlara üz tutaraq onları layihəyə səs verməməyə çağırıb.

«DOĞRUDAN DA ŞƏFFAFLIQ AXTARIRLARSA...»

Müraciətə imza atan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev deyir ki, hökumət şəffaflıqla bağlı məsələləri QHT-lərin fəaliyyətində deyil, büdcədən ayrılan 6-7 milyardlıq investisiya layihələrində sınağa çəkməlidir:

«Doğrudan da şəffaflıq axtarırlarsa, gedib korrupsiyaya qarşı mübarizədə onu tətbiq etsinlər...
Oqtay Gülalıyev
Oqtay Gülalıyev
Bu məsələ şəffaflığa deyil, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini daha çox məhdudlaşdırmağa yönəlib. Bu QHT-ləri hökumətdən asılı vəziyyətə salmaq, onları tək əldə cəmləşdirmək cəhdidir. Ölkədə korrupsiya baş alıb gedir. Hər yerdə qapalılıq var. Şirkətlər hesabat vermir, məmurlar hesabatdan qaçır. Yüzlərlə belə fakt sadalamaq olar».

Oqtay Gülalıyevə görə, onsuz da qrant alan ictimai təşkilatlar pilləli şəkildə bir neçə ünvana hesabat verir:

«Biz sosial ödənişlərlə bağlı hesabat veririk. Qrant aldığımız donor təşkilata, eyni zamanda ildə bir dəfə Maliyyə Nazirliyinə, statistikaya hesabat veririk. Nə qədər hesabat olmalıdır ki?».

«CƏRİMƏ ALINAN QRANTDAN ÇOXDURSA…»

Dəyişikliklərin təşəbbüsçülərindən Çingiz Qənizadə QHT nümayəndələrinin narahatlığına əsas görmür. Qaldı ki, büdcədən investisiya layihələrinə ayrılan pulların necə xərclənməsinə, deputat bu məsələlərlə indiyədək heç maraqlanmadığını
Fazil Mustafa
Fazil Mustafa
deyir:

«Mən maraqlanmamışam, investisiya pulları hara gedir, necə xərclənir. Amma hesab etmirəm ki, burda şəffaflıq olmasın. O pulu alanlar həmin pulların xərclənməsi ilə bağlı mütləq harasa hesabat verirlər».

Deputat Fazil Mustafa cərimələrin belə yüksək səviyyəyə qaldırılmasına ehtiyac görmür. Onun fikrincə, cərimələr alınan qrantdan çoxdursa, bu məsələ sual doğuracaq. QHT-lərin ilboyu 19 dəfə hesabat verdiyini söyləyən deputata görə, bu zaman həmin qurumların maliyyə fəaliyyətinin şəffaf olub-olmadığını görmək mümkündür.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev cərimələrin tətbiqini doğru addım sayır və hesab edir ki, bu dəyişikliklər vətəndaş cəmiyyətinə təzyiq kimi qiymətləndirilməli deyil. Cərimə tətbiqi ilə yanaşı, deputat təklif edir ki, illik dövriyyəsi 10 min manatadək olan QHT-lər maliyyə hesabatlarından azad olunmalıdır.

Qrant haqqında qanunla bağlı məsələ yeni deyil. Bu məsələ birinci dəfə 2009-cu ildə gündəliyə gətirilmişdi.
XS
SM
MD
LG