Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:37

Siyavuş Novruzov: «Gülər Əhmədovanın həbsi siyasi məsələ deyil»


Siyavuş Novruzov
Siyavuş Novruzov
-

«Gülər Əhmədovanın həbsi siyasi məsələ deyil» – hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov «Media forum» saytına belə deyib.

Siyavuş Novruzov bildirib ki, Gülər Əhmədovanın əməlləri ilə bağlı xeyli müddətdir istintaq, araşdırma gedirdi:

«Yəqin ki, hüquq mühafizə orqanları indi məqbul hesab edib həbs qərarı veriblər. Bu, siyasi deyil, hüquqi məsələdir. Ötən ilin sentyabr ayından istintaq gedir. Altı ay davam edən araşdırmalardan, faktlara, videolara baxılandan, ekspertiza rəyləri alınandan sonra belə bir addım atılıb».

Səbail rayon Məhkəməsi frevralın 13-ü axşam keçmiş deputat Gülər Əhmədovanın 3 ay müddətə həbs edilməsi barədə qərar çıxarıb. 2012-ci il sentyabrın 25-də Beynəlxalq Universitetin sabiq rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayev rüşvətlə deputat mandatının alınmasından bəhs edən video yayıb.

Gülər Əhmədova həbs edildi - [Video]

Videoda Gülər Əhmədova olduğu iddia edilən bir qadın deputat mandatı üçün 1 milyon manat tələb edir. Videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir.

Ramiz Mehdiyev videoda onun bərəsində danışılanları inkar edir. Gülər Əhmədova da videonu montaj hesab edir.

Videoçəkilişlərdə əks olunan məlumatlarla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu ittiham sübut olunsa, günahklar əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
XS
SM
MD
LG