Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:25

İsmayıllı olayları Avropa Parlamentinə çıxarıla bilər


Avropa Parlamenti
Avropa Parlamenti
-
DAĞIDICI MÜXALİFƏT GƏNCLƏRİ ZOMBİLƏŞDİRİR

«Yeni Azərbaycan» qəzeti yazır ki, «dağıdıcı müxalifət gəncləri zombiləşdirərək öz çirkin məqsədlərində istifadə etməyə çalışır». Qəzet əlavə edir ki, «sağlam təfəkkürə və milli şüura malik olan Azərbaycan gəncliyi isə antimilli ünsürlərin təxribatlarına uymayacaq qədər ayıq-sayıqdır».

İSMAYILLI OLAYLARI AVROPA PARLAMENTİNƏ ÇIXARILA BİLƏR

«Azadlıq» qəzeti İsmayıllı olaylarının Avropa Parlamentinə çıxarılacağını yazır. Qəzet Azərbaycan hakimiyyətinin bu müzakirələrdən narahat olduğunu bildirərək bu məsələyə artıq hökumətin reaksiya verdiyini qeyd edir. Qəzet Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin bu məsələyə münasibətini dərc edib:

«Bu yaxınlarda eşitmişik ki, Avropa Parlamentində İsmayıllıdakı hadisələrlə bağlı dinləmələr keçirilsin. Bu, gülüncdür. Necə olur ki, Yunanıstanda ölkə boyu aksiyalar gedir, amma o barədə dinləmə keçirilmir».

MAGİSTRATURADA 2-Cİ MƏRHƏLƏ LƏĞV EDİLƏ BİLƏR

«Ayna» qəzeti yazır ki, «magistraturaya qəbulda ikinci mərhələ ləğv edilə bilər».

Qəzet qeyd edir ki, TQDK sədri Məleykə Abbaszadə buna hazır olduqlarını bildirib:

«Biz hazırıq ki, ali məktəblərin magistratura pilləsinə qəbulda ikinci mərhələnin üstündən xətt çəkək... Ali məktəblər bakalavra qoyduqları qiymətlərin real olduğuna inanılarsa, onda magistraturaya qəbul imtahanlarında bu qiymətlər nəzərə alınar və imtahanların ikinci mərhələsi keçirilməz».

GÜRCÜSTAN VƏTƏNDAŞLARINA AZƏRBAYCANDA YAŞIL İŞIQ

«Bizim yol» qəzeti hökumətin gürcüstanlı azərbaycanlılara güzəştə getdiyini yazır. Qəzet bununla əlaqədar Dövlət Miqrasiya Xidmətinin fevralın 1-də məlumat yaydığı qeyd edir:

«Dövlət Miqrasiya Xidməti bir daha bəyan edir ki, Gürcüstanla Azərbaycan arasında vizasız gediş-gəliş qaydası tətbiq olunduğu üçün həmin ölkənin vətəndaşları Azərbaycan Respublikasında 90 günədək qala bilərlər».

25 MİLYON MANAT İRANLI HAKERLƏRİN ƏLİNDƏ

«Yeni Müsavat» qəzeti iranlı hakerlərin Azərbaycanın 8 bankına kiberhücumlar etdiyini yazır. Qəzetə görə, hücum nəticəsində 8 bankdan 25 milyon manat pul çıxarılıb:

«...Lakin hakerlərə məxsus hesablara hələ köçürülməyib. Haker qrupun internetdə yaydığı məlumatda bildirilir ki, 54 minə yaxın müştərinin hesablarına çıxış əldə ediblər. ... Yaxın 10 gündə həmin pulların Azərbaycanda bağlanan «Röyal Bank»ın iranlı müştərilərinin hesabına köçürüləcək».

ANTİMİLLİ QÜVVƏLƏR FİASKOYA UĞRAYIB

«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycanla təzyiq dilində danışmaq mərhələsi çoxdan keçib».

Qəzetə görə, ««Human Rights Watch», «Sərhədsiz Reportyorlar» və digər antimilli təşkilatların «demokratiya bayrağı» altında ənənəvi spekulyasiyaları fiaskoya uğradı».
XS
SM
MD
LG